TürkPA-nın
nümayəndə heyəti Beynəlxalq Parlamentlər
İttifaqının Uqandada keçirilən
sessiyasında iştirak etmişdir
Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) nümayəndə heyəti Uqandanın paytaxtı Kampala şəhərində 155 ölkənin parlamentini və bir çox beynəlxalq təşkilatları birləşdirən Beynəlxalq Parlamentlərarası İttifaqının (IPU) 126-cı sessiyasında iştirak etmişdir.
TürkPA-nın mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, martın 31-dən aprelin 5-dək keçirilən və TürkPA-nın müşahidəçi qismində iştirak etdiyi sessiyada assambleyanı Azərbaycan parlamentinin TürkPA-dakı nümayəndə heyətinin üzvü İ.Əliyev və TürkPA-nın baş katibinin müavini Kürşad Melih Sarıarslan təmsil etmişlər.
K.M. Sarıarslan Parlamentlərin Baş Katibləri Assosiasiyasının iclasında "TürkPA-nın beynəlxalq əməkdaşlığının əsas aspektləri və perspektivləri" mövzusunda məruzə ilə çıxış etmiş və mövzu ilə bağlı sualları cavablandırmışdır.
Sessiya çərçivəsində TürkPA-nın təmsilçilərinin digər nümayəndə heyətləri ilə görüşləri də keçirilmişdir.
AzərTAc
Azərbaycan.- 2012.- 10 aprel.- S. 6.