RİTN-də Eurovision-2012 mahnı müsabiqəsi ilə bağlı kollegiya iclası keçirilmişdir

 

 Mayda Bakıda keçiriləcək 57-ci  "Eurovision-2012" beynəlxalq mahnı müsabiqəsinin təşkili üzrə televiziya (TV) və radio yayımı, genişzolaqlı internet və digər rabitə xidmətlərinin dayanıqlı işinin təmin olunması istiqamətində görülən işlərlə bağlı Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində (RİTN) nazir Əli Abbasovun rəhbərliyi ilə kollegiya iclası keçirilmişdir.

Nazirlikdən AzərTAc-a bildirmişlər ki, iclasda tədbir zamanı tamaşaçıların "Baku Crystal Hall" kompleksində müasir standartlara cavab verən simlisimsiz şəbəkələrdən istifadə üçün görülən işlər barədə məlumat verilmişdir. Eyni zamanda, kompleks ərazisində eyni vaxtda  30 minədək insanın mobil rabitə xidmətindən, o cümlədən 3-cü nəsil texnologiyalarından (3G) geniş istifadə üzrə həyata keçirilən hazırlıq işləri ətrafında fikir mübadiləsi aparılmış, tapşırıqlar verilmişdir.      

"Eurovision-2012" müsabiqəsi çərçivəsində ölkəyə gələcək qonaqların çoxluğu nəzərə alınaraq beynəlxalq telefon stansiyalarının, internetin Azərbaycan seqmentinininternet resurslarının dayanıqlı işinin, eləcə də müsabiqənin keçirildiyi dövrdə mehmanxana, restoran və digər iaşə obyektlərinin keyfiyyətli internet xidmətləri ilə təmin olunması ilə bağlı aidiyyəti qurumlarla birgə həyata keçirilən məsələlər müzakirə olunmuşdur. 

Radioteleviziya verilişlərinin ölkə ilə yanaşı, beynəlxalq aləmdə keyfiyyətli yayımı, müsabiqənin rəsmi veb-saytının dayanıqlı işininsistemin informasiya təhlükəsizliyinin təmin olunması ilə bağlı məsələlər də kollegiya iclasında müzakirə mövzusu olmuşdur.

Sonda nazir RİTN-də yaradılmış işçi qrupunun fəaliyyətinin  gücləndirilməsi,  müsabiqənin keçirilməsinə qalmış vaxtdan səmərəli istifadə olunaraq rabitə sahəsinə aid tədbirlərin icrası, həmçinin mövcud problemlər barədə mütəmadi məruzələr edilməsi ilə bağlı müvafiq tapşırıqlar vermişdir.

 

 

Azərbaycan.- 2012.- 10 aprel.- S. 7.