Qafqazın qocaman sənət ocağı

 

İrəvan Azərbaycan Dövlət Dram Teatrı - 130

 

 Bu gün elə  teatrlarımız fəaliyyət göstərir ki, onlar da erməni vandalizm siyasətinin qurbanları kimi, qaçqın-köçkün həyatı  yaşamağa məhkumdurlar. Şuşa, Ağdam, Füzuli dövlət dram teatrları  illərdir ki, fəaliyyətlərini məhz belə  davam etdirirlər.

Lakin Qafqazın qocaman sənət ocaqlarından biri sayılan C.Cabbarlı adına İrəvan Azərbaycan Dövlət Dram Teatrının kollektivi isə bir qədər fərqli ömür yaşayır. Bu fərqliliyi öyrənmək məqsədi ilə teatrın yarandığı formalaşdığı illərdən bugünədək keçdiyi  yollara nəzər salmaq istədik. Ermənistandan 1988-ci ildə deportasiya edilən teatrın öz səhnəsi bağlansa da, həmkarları dostlarına  geniş qucaq açdılar.

Teatrın direktoru İftixar Piriyev kollektivqocaman sənət ocağına  son illər  göstərilən dövlət qayğısının yetərli olduğunu bildirməklə yanaşı, bəzi tarixi məqamları da xatırlatmağı  unutmadı: "Müxtəlif mənbələrdə göstərilir ki,  İrəvanda teatr 1882-ci ildən fəaliyyətə başlayıb. Lakin tarixçi-alim İsrafil Məmmədovun araşdırmalarına görə teatrın yaranma tarixi bir-iki il də əvvələ gedir. Yəni İrəvanda ilk teatr tamaşalarının göstərilməsi tarixi təxminən 1880-82-ci illərə gedib çıxır. Bu da əsas  verir deyəsən ki, teatrımız Qafqazın qocaman səhnə ocaqlarından biridir. İrəvanda o zamanlar çıxan "Zəng" (ermənicə "Psak") qəzetinin yazdığına görə, İrəvan türklərindən ibarət teatr həvəskarları V.Nəzminin "Tamahkarlıq düşmən qazanır" tamaşasını kasıb tələbələrə xeyriyyə məqsədilə 1881-ci ilin birinci yarısında və 1882-ci il aprelin 2-də oynayıblar. Adıçəkilən qəzetin 1882-ci il 10 aprel tarixli 7-ci sayında dərc edilən məqalədə bu sənət ocağının "fars teatrı" kimi qələmə verilməsi isə ermənilərin pərdəarxası, məkrli və çirkin niyyətlərindən soraq verirdi".

Teatrın tarixinə adı qızıl hərflərlə yazılanlar az deyilonlardan biriQori Müəllimlər Seminariyasının məzunu, 1885-ci ildə İrəvana gələn Firudin bəy Köçərli idi. 23 yaşlı gimnaziya müəllimi olan Firudin bəy bir ildən sonra M.F. Axundzadənin "Müsyö Jordan və Dərviş Məstəli şah" komediyasını tamaşaya qoyması İrəvan əhalisinin həyatında böyük mədəni hadisənin baş verməsinə səbəb olub. Böyük maarifçi Firudin bəy Köçərlinin 1895-ci ildə İrəvanı (erməni məkrinin qurbanı olaraq) tərk etməsi teatr kollektivinə mənfi təsirini göstərməyə bilməzdi. Ondan sonra teatra rəhbərlik  çox erkən yaşlarından səhnəyə bağlı olan Yunis Nuriyə tapşırılıb. Ömrünün və fəaliyyətinin əsas hissəsini, yəni  50 ilini teatra rəhbərlikdə keçirən Yunis Nurinin xidmətləri mədəniyyət tariximizin ən yaddaqalan səhifələrinə yazılıb.

Həmsöhbətimiz  onu da  söylədi ki, Azərbaycan teatrının əsaslarını qoyanlardan biri, səhnə fədaisi, ölməz sənətkarımız Hüseyn Ərəblinski Əbdürrəhim bəy Haqverdiyevin "Bəxtsiz cavan" və Nəriman Nərimanovun "Nadir şah" əsərləri ilə məhz İrəvan Azərbaycan Dövlət Dram Teatrında çıxış edib. Onu da deyək ki, teatrın repertuarında yer alan əsərlərin içərisində "Evli ikən subay", "Xor-xor", "Əlli yaşında cavan", "O olmasın, bu  olsun", "Kərbəlayi Şükür xalça satan", "Arşın mal alan", "Hacı Qara" və s. kimi məşhur  səhnə əsərləri var. Bu əsərlər əsasən 1912-1916-cı illər ərzində Zülfüqar Hacıbəyovun rəhbərliyi ilə İrəvan teatrında da oynanılıb.

Teatrın nəinki səhnəsi, hətta qapıları da 1918-ci ilin qanlı hadisələrində bağlı qalıb. Daşnakların növbəti dəfə törətdiyi qətliam və terrorlar bu kollektiviyer-yurdundan didərgin salıb. Teatrın rəhbəri o zamanlar bir qrup aktyorla İranın Xoy şəhərində məskunlaşmağa məcbur olub. Sovetlərin gəlişindən sonra, daha doğrusu,  teatrın didərgin düşmüş kollektivi də, digər soydaşlarımız kimi, 1922-ci ildə geri dönərək fəaliyyətlərini davam etdirib. Teatrın yenidən fəaliyyətini bərpa etməsində o zamankı ziyalılarımızdan Bala Əfəndiyev, Əkbər Rzayev, Abbasəli Axundov, Əşrəf Yusifzadə, Rza Şeyxzadə, Yusif  Ziya kimi milli mədəniyyət təəssübkeşlərinin  göstərdiyi vətənpərvərlik xüsusi rol oynayıb desək, daha doğru olardı. Bala Əfəndiyevlə Əkbər Rzayevin öz  həyat yoldaşlarını səhnəyə çıxarmaları  qadınların teatra gəlməsi məsələsində böyük  dönüş yaradıb. Beləliklə, Bala Əfəndiyevin ömür-gün yoldaşı Fatma xanım səhnəyə çıxan ilk aktrisalardan biri kimi teatr tarixinə adını yazıb. Xatırlatmaq yerinə düşərdi ki, Fatma xanım həmin vaxtlar İrəvan Türk Qadınlar Klubunun ilk rəhbəri kimi tanınıb.

İrəvan Azərbaycan Dram Teatrı 1928-ci ildə dövlət statusu alıb. 1935-ci ildən  böyük dramaturq C.Cabbarlının adını daşıyan teatrın həmin dövrdə ədibin "Aydın" pyesini uğurla tamaşaya qoyması barədə məlumatlar var.

1948-ci il hadisələri orada yaşayan türk-müsəlmanlar kimi, teatrın kollektivini yenidən tərki-vətən edib. 1949-cu ildə teatr Göyçə mahalının Basarkeçər rayonuna, yəni paytaxt İrəvandan əyalətə köçürülüb. Bəxti  daşdan-daşa dəyən teatrın burada da taleyi üzünə gülməyib.

Bu vəziyyət uzun müddət belə davam edə bilməzdi. Ona görə kollektivin üstünə gün o zaman doğub ki, Azərbaycanda milli-mənəvi dəyərlərə çox böyük diqqət yetirən yaradıcı bir şəxs siyasi hakimiyyətə gəlib. Şıxəli Qurbanovun Azərbaycan KP MK-nın, Yunis Rzayevin  isə Basarkeçər RPK-nın birinci  katibliyinə gəlmələri teatrın taleyində müxtəlif  əsaslı dönüş yaradıb. 1967-ci il C.Cabbarlı adına İrəvan Azərbaycan Dövlət Dram Teatrının taleyində özünəməxsus iz qoyub. Ermənistan hökumətinin qərarı ilə teatr öz fəaliyyətini bərpa edib paytaxt İrəvana köçürülüb.

Teatrın 50 il rəhbəri olmuş Yunis Nurinin nəvəsi Əziz Süleymanovun direktor təyin olunması  daha bir əlamətdar hadisə ilə üst-üstə düşüb. Həmin il Azərbaycan Dövlət Mədəniyyət İncəsənət İnstitutunun bir qrup məzunu təyinatını məhz bu teatra alıb. Ona görə ki, Ermənistan hökuməti teatrın inkişafında maraqlı deyildi. Yuxarı dairələrdə teatrın fəaliyyətsizliyi müzakirə olunur bağlanması barədə söz-söhbət gəzirdi. Teatr xadimlərinin yazdıqlarına görə, uzun müddət "Sovet Ermənistanı" qəzeti redaksiyasında çalışan gənc qələm sahibi Hidayət Orucovun teatra rəhbər göndərilməsi onun mətbuat aləmindən uzaqlaşdırılmasına hesablanmış siyasət idi. Lakin gənc jurnalistin gəlişi teatrın həyatında əsaslı dönüşə səbəb oldu.

Teatra Ermənistan rəhbərliyi tərəfindən göstərilən "qayğı" özünü kollektivin hətta bina ilə təmin edilməməsində göstərib. Peşəkar teatr kollektivinin adicə mədəniyyət evinin səhnəsində tamaşa göstərməsi o qədər asan məsələ deyildi. Lakin kollektivin sənətə səhnəyə bağlılığı bu problemi kölgədə qoyub.

Demək lazımdır ki, dəfələrlə deportasiyaya məruz qalan bu qocaman sənət ocağının yüksəlişi milli  teatr tariximiz üçün böyük nailiyyət hesab edilməli idi. Məhz belə idi ki, ermənilər artıq teatrın fəaliyyətinə inkişafına açıq-aşkar qısqanclıqla yanaşıb, müxtəlif bəhanələrlə  onun qarşısına sədd çəkməyə çalışıb. Teatrın acınacaqlı həyatı yenidən 1983-cü ildən sonra başlayıb. Teatr yerləşdiyi 1 nömrəli mədəniyyət evindən bir tərəfi kiçik Azərbaycan məktəbi, digər yanı isə ruhi xəstəxana olan binanın quş damına köçürülüb. O dama ki, orada səhnə vardı, başqa yararlı otaq. Bu, o teatr idi ki, yaşı yüzdən keçmişdi orada Firudin bəy Köçərli, Cəmil Əliyev, Abbasqulu Tağıyev, İsmayıl Dağıstanlı, Əli Zeynalov, Ətayə Əliyeva, Kazım Ziya kimi sənət korifeyləri çıxış edib. Onu da  demək lazımdır ki, Baxşı Qələndərli rejissor kimi ilk uğurlu addımını burada atıb.

Teatrın Bakıya ilk səfəri 1978-ci  ildə olub. Bu səfər teatrın eyni zamanda 50 illik yubileyi ilə bağlı olub. Noyabrın 14-dən 27-dək göstərilən 25 əsərə 16 min nəfərdən çox tamaşaçı baxıb.

Azərbaycan mədəniyyəti və incəsənətinə, o cümlədən teatrına dövlət qayğısının əsasları, demək olar ki, məhz həmin illərdən ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Bu qayğının bariz nümunəsi idi ki, teatr Azərbaycan Ali Sovetinin Fəxri fərmanına, bir qrup aktyorbaş rejissor Tofiq Ağayev əməkdar incəsənət xadimi, Tamella Abdullayeva, Marietta Kərimova və Vidadi Əliyev isə əməkdar artist fəxri adlarına layiq görülüb.

Teatrın taleyinə düşən əzablı dövrlərin sırasına 1988-ci il də yazılıb. Həmin ilin payızında  teatr Neftçala rayonunda qastrol səfərində olarkən Qərbi Azərbaycandan bütün soydaşlarımızın yenidən, birdəfəlik və həmçinin vəhşicəsinə, qeyri-insani münasibətlərlə qovulub və həmin vaxtdan teatrın da didərgin həyatı başlayıb. Səhnəsi və aktyorlarının sinəsi yandırılan teatrın yaradıcı  texniki heyəti sığınmağa yer axtaranda qədirbilən xalqımız doğma övladlarına ürək və könül açmaya bilməzdi. Əvvəllər Azərbaycan Akademik Milli Dram Teatrının nəzdində teatr-studiya  kimi fəaliyyətə başlayıb və Abşeron mədəniyyət evində yerləşiblər...

Azərbaycan mədəniyyətinin təəssübkeşi, ümummilli lider Heydər Əliyev yenidən teatrın kollektivinə qayğısını təsdiqləyib: 1995-ci ildə teatra dövlət statusuindiki

H.Sarabski adına mədəniyyət sarayında məskunlaşmasına göstəriş verilib.

Teatrın bugünkü fəaliyyətində onun kollektivi tarixi keçmişdə yaşanılanlara səhnə ömrü verməyi daha vacib sayır və ermənilərin məkrli, çirkin niyyətlərini ifşa edən əsərləri tamaşaya hazırlayır.  İrəvan Dövlət Azərbaycan Teatrının 125 illik yubileyi haqqında Azərbaycan Prezidenti İlham Əliyevin 30 avqust 2006-cı il tarixli sərəncamı da kollektivin daha uğurlu fəaliyyəti üçün zəmin yaradan amillərdən biridir.

Teatrın direktoru İftixar Piriyev onu da bildirdi ki, Azərbaycanın müstəqilliyinin  bərpasının 20-ci ildönümü ilə əlaqədar ötən il bir sıra layihələr həyata keçirilib  qastrol səfərlərini başa vurublar. Ötən ilin noyabr ayında Qarsda Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyinin  təşkilatçılığı ilə teatr "Soyqırımı abidəsinin dastanı" adlı tamaşa ilə çıxış edib. Türkiyəli dramaturq Zihni Papakçının qələmə aldığı  əsər İftixar Piriyevin quruluşunda özünün yeni, səhnə ömrünə start verib. Həmin pyesdə Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun parlaq obrazını Ramiq Nəsirov yaradıb.

Qocaman bir teatrın tarixini səhifələyərkən çox mətləblərdən xəbər tutmaq olur. Sənət məbədi haqqını özündə saxlayan teatrda qocamanlarla - xalq artistlərindən Elmira İsmayılova, Tamella Abdullayeva, Süleyman Nəcəfov, Səmayə Nəbiyeva ilə çiyin-çiyinə çalışan, roldan-rola dəyişməyi bacaran, obrazları yaşayan və tamaşaçını həmin ampluaya cəlb edən əməkdar artistlərdən Vidadi Əliyev, Vaqif Kərimov, Esmiralda Şahbazova, Əjdər Zeynalov, əməkdar incəsənət xadimi, teatrın baş rejissoru Oruc Qurbanov, səhnəyə gənclik həvəsi ilə atılan, bu yolda bütün çətinliklərə sinə gərməyi bacaran   Səadət Həsənalıyeva, Tutu Əliyeva, Əhliman Ərşadlı, Rövşən Cəfərov, Niyaməddin Səfərəliyev, Elçin Hacıyev, Ramil Məmmədov kimi gənclərlə tərəf-müqabil olmaqdan sanki zövq alır və yeni nəsil aktyorların yetişməsində üzərlərinə düşən vəzifələrin öhdəsindən gəlirlər.

Baş rejissor bizimlə söhbət zamanı onu da  vurğuladı ki, Binəqədi rayonunun Rəsulzadə qəsəbəsindəki mədəniyyət sarayında məskunlaşan teatr 130 illik yubileyini layiqincə  qeyd etmək əzmindədir. Böyük ədib M.F. Axundzadənin "Mürafiə vəkilləri",  yazıçı Hidayətin "Vətəndən-vətənə deportasiya", İ. Əfəndiyevin "Büllur sarayda" əsərlərinin, həmçinin müəllifi və quruluşçu rejissoru İftixar Pirimov olan "Soyqırımı tarixinin dastanı" mənzum dramının məşqləri gedir.

Bütün bunlardan sonra onu da qeyd etməyə dəyər ki, İrəvan Azərbaycan Dövlət Teatrı  fəaliyyətini milli-mənəvi dəyərlərimizə xalq məhəbbətinin tərənnümü istiqamətində davam etdirirbu yolda kollektivə uğurlar diləyir, teatra adını daşıdığı qocaman, tarixi İrəvan qalası qədər ömür arzulayırıq.

 

 

Məhəmməd NƏRİMANOĞLU

 

Azərbaycan.- 2012.- 10 aprel.- S. 7.