Dağınıq
skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət
qayğısı haqqında
Azərbaycan
Respublikasının Qanunu
Bu qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndinə uyğun olaraq dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısının təşkilati-hüquqi əsaslarını müəyyən edir, bu xəstəliyin profilaktikası və müalicəsi sahəsində yaranan münasibətləri tənzimləyir.
I fəsil
ÜMUMİ MÜDDƏALAR
Maddə 1. Əsas
anlayışlar
1.0. Bu qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı
mənaları ifadə
edir:
1.0.1. dağınıq skleroz - nevroloji simptomatikalı, mərkəzi
və periferik sinir sisteminin çoxocaqlı pozulması
ilə müşayiət
olunan irəliləyən
gedişli xroniki xəstəlik;
1.0.2. dağınıq skleroz xəstəliyinə
tutulmuş şəxslərin
registri - dağınıq
skleroz xəstəliyinə
tutulmuş şəxslər
haqqında məlumat bankının yaradılması
məqsədi ilə onların qeydiyyatı və uçotu.
Maddə 2. Dağınıq
skleroz xəstəliyinə
tutulmuş şəxslərə
dövlət qayğısı haqqında
Azərbaycan Respublikasının qanunvericiliyi
Dağınıq skleroz xəstəliyinə
tutulmuş şəxslərə
dövlət qayğısı
haqqında Azərbaycan
Respublikasının qanunvericiliyi
Azərbaycan Respublikasının
Konstitusiyasından, "Əhalinin
sağlamlığının qorunması haqqında"
Azərbaycan Respublikasının
Qanunundan, bu qanundan, digər normativ hüquqi aktlardan və Azərbaycan Respublikasının
tərəfdar çıxdığı
beynəlxalq müqavilələrdən
ibarətdir.
Maddə 3. Dağınıq
skleroz xəstəliyinə
tutulmuş şəxslərə
dövlət təminatlı
yardım tədbirləri
3.0. Dövlət
dağınıq skleroz
xəstəliyinə tutulmuş
şəxslərə yardım
məqsədi ilə aşağıdakılara təminat
verir:
3.0.1. dağınıq skleroz xəstəliyinə
tutulmuş şəxslərə
göstəriləcək tibbi
yardımın həcmi
və keyfiyyət standartlarının (beynəlxalq
tələblərə uyğun)
təsdiq edilməsinə;
3.0.2. dağınıq
skleroz xəstəliyinə
tutulmuş şəxslərin
registrinin yaradılması
və onun aparılmasına;
3.0.3. dağınıq skleroz xəstəliyinə
tutulmuş şəxslərin
dispanserizasiyasını, müayinə
və müalicəsini
həyata keçirən
ixtisaslaşdırılmış dövlət tibb müəssisələrinin, müvafiq
xidmət strukturlarının
yaradılması və
onların maddi-texniki bazasının gücləndirilməsinə;
3.0.4. dağınıq skleroz xəstəliyinin müalicəsi üzrə
tibb mütəxəssislərinin
hazırlanması və
əlavə təhsilinə;
3.0.5. dağınıq skleroz xəstəliyinə
tutulmuş şəxslərin
sanatoriya-kurort müəssisələrində
müalicəsinin təşkilinə;
3.0.6. dağınıq skleroz xəstəliyinin azaldılmasına yönəldilmiş
profilaktik tədbirlərin
həyata keçirilməsinə;
3.0.7. dağınıq skleroz xəstəliyinə
tutulmuş şəxslərin
müalicə-diaqnostika təchizatına
və yüksək effektli dərman vasitələrinə olan tələbatının təmin
edilməsi məqsədi
ilə iqtisadi, hüquqi və təşkilati tədbirlərin
həyata keçirilməsinə;
3.0.8. xəstəliyin ağır formalarına tutulmuş və sosial əlaqələrini
itirmiş şəxsləri
tam dövlət təminatında
saxlamaq üçün
onların tibbi-sosial müəssisələrdə yerləşdirilməsinə;
3.0.9. dağınıq skleroz xəstəliyinin profilaktikası və onun fəsadları ilə mübarizə sahəsində beynəlxalq
əməkdaşlığa şərait yaradılmasına.
II fəsil
DAĞINIQ SKLEROZ XƏSTƏLİYİNƏ
TUTULMUŞ ŞƏXSLƏRİN MÜAYİNƏ VƏ
MÜALİCƏSİNİN TƏŞKİLİ
Maddə 4.
Dağınıq skleroz
xəstəliyinə tutulmuş
şəxslərin registri
4.1. Dağınıq skleroz xəstəliyinə tutulmuş
şəxslərin registri
bu şəxslərin
qeydiyyatının aparılmasını
təmin etmək, dağınıq sklerozla xəstələnmə halları,
ağırlaşmaları, əlillik və ya 18 yaşınadək sağlamlıq imkanlarının
məhdudluğu və
ölüm halları,
müalicə-profilaktika tədbirlərinin
səmərəliliyi haqqında
məlumat almaq məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaradılır.
4.2. Dağınıq skleroz xəstəliyinə tutulmuş
şəxslərin registrində
xəstənin şəxsiyyəti,
xəstəliyi barədə
məlumat və tibbi yardım haqqında göstərişlər
qeyd olunur, hər bir xəstə
üçün xüsusi
kart doldurulur və bu kart məlumat bankına daxil edilir.
Maddə 5. Dağınıq
skleroz xəstəliyinə
tutulmuş şəxslərin
müayinəsi və
müalicəsi üzrə
tədbirlərin maliyyələşdirilməsi
5.1. Dağınıq skleroz xəstəliyinə tutulmuş
şəxslərin dövlət
tibb müəssisələrində
müayinəsi və
müalicəsi dövlət
büdcəsinin vəsaiti
hesabına maliyyələşdirilir.
Müayinə və müalicənin
maliyyələşdirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyən edilir.
5.2. Dağınıq
skleroz xəstəliyinə
tutulmuş şəxslərin
müayinəsi və
müalicəsi üzrə
tədbirlər bələdiyyə
və icbari tibbi sığorta vəsaitləri, hüquqi
və fiziki şəxslərin ianələri,
eləcə də qanunvericiliklə nəzərdə
tutulan digər vəsaitlər hesabına
da həyata keçirilə bilər.
Maddə 6. Dağınıq
skleroz xəstəliyinə
tutulmuş şəxslərə
tibbi yardım
6.1. Dağınıq skleroz xəstəliyinə tutulmuş
şəxslər həcmi
və keyfiyyət standartları müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyən edilən
tibbi yardımla təmin olunurlar.
6.2. Dağınıq skleroz xəstəliyinə tutulmuş
şəxslərə göstərilən
illik tibbi yardımın (o cümlədən
zəruri olan müayinələrin) həcmi,
inyeksiya vasitələrinin
və digər dərman preparatlarının
siyahısı və miqdarı müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyən edilir.
6.3. Dağınıq skleroz xəstəliyinə tutulmuş
şəxslərin inyeksiya
vasitələri və
digər dərman preparatları ilə təminatı müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi qaydada həyata keçirilir.
6.4. Dağınıq skleroz xəstəliyinə tutulmuş
şəxslərə ambulator-poliklinika
tibbi yardım tədbirləri, stasionar və ambulator müalicə, eləcə
də reabilitasiya və dispanser nəzarəti tədbirləri
müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən
olunmuş qaydada həyata keçirilir.
6.5. Dağınıq skleroz xəstəliyinə tutulmuş
şəxslərə tibbi
yardım fərdi müraciət və ya müalicə-profilaktika
müəssisəsinin göndərişi,
18 yaşına çatmamış
şəxslərə isə
onların valideynlərinin
və ya digər qanuni nümayəndələrinin müraciəti
əsasında göstərilir.
6.6. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən dağınıq
skleroz xəstəliyinə
tutulmuş uşaq və gənclərin uçotu aparılmaqla, onlara təhsil aldıqları müəssisələrdə
tibb mütəxəssisləri
və müəllimlər
vasitəsi ilə xüsusi nəzarət təşkil edilir, səhhətlərində hər
hansı dəyişiklik
baş verdikdə tibbi yardım göstərilir.
6.7. Dağınıq skleroz xəstəliyinə tutulmuş
şəxslər tibb
müəssisələrinin göndərişi əsasında
sanatoriya-kurort müalicəsi
ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyən olunmuş
qaydada təmin edilirlər.
Maddə 7. Dağınıq
skleroz xəstəliyinə
tutulmuş şəxslərin
hüquqları
7.0. Dağınıq
skleroz xəstəliyinə
tutulmuş şəxslərin
aşağıdakı hüquqları
vardır:
7.0.1. tibbi göstərişlər
əsasında ambulator,
stasionar və ya sanatoriya-kurort şəraitində tibbi yardım almaq;
7.0.2. siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən
edilmiş yüksək
effektli inyeksiya vasitələri və digər dərman preparatları ilə təmin olunmaq;
7.0.3. müayinə və müalicə üçün zəruri
müddətdə stasionarda
qalmaq;
7.0.4. psixoloji yardım
almaq;
7.0.5. sağlamlığının
vəziyyəti, xəstəliyin
mahiyyəti, tətbiq
olunan müalicə üsulları, aparılmış
müalicənin nəticələri
haqqında ətraflı
və müntəzəm
məlumat almaq;
7.0.6. ailənin planlaşdırılması məsələlərinə və ailə-nikah münasibətlərinin tibbi-psixoloji cəhətlərinə dair dövlət və bələdiyyə tibb müəssisələrində pulsuz məsləhətlər almaq, müayinədən keçmək və dispanser nəzarətində olmaq;
7.0.7. Azərbaycan Respublikasının əmək qanunvericiliyi ilə müəyyən edilən işçinin səhhətinə, sağlamlığına mənfi təsir göstərən amillər olan ağır, zərərli və təhlükəli əmək şəraitli peşələr (vəzifələr) və iş yerləri istisna olmaqla, istənilən iş yerlərində işləmək. Şəxsin dağınıq skleroz xəstə olması səbəbinə görə əmək müqaviləsinin bağlanmasından imtina etmək və ya əmək müqaviləsinə xitam vermək (işəgötürənin müvafiq işi (vəzifəsi) olmadığı, habelə belə şəxslərin əməyindən istifadə olunmasına yol verilməyən iş yerlərinə işə götürməkdən imtina olunan hallar istisna olmaqla) yolverilməzdir;
7.0.8. pozulmuş hüquqları barədə qanunla müəyyən edilmiş qaydada müvafiq orqanlara və ya məhkəməyə müraciət etmək.
Maddə 8.
Dağınıq skleroz xəstəliyinə
tutulmuş şəxslərin vəzifələri
8.0. Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərin vəzifələri aşağıdakılardır:
8.0.1. həkim-nevropatoloqun müəyyən etdiyi müalicə tədbirlərinə əməl etmək;
8.0.2. həkimin çağırışı ilə uyğun tibb müəssisəsinə gəlmək;
8.0.3. daimi yaşayış yerini dəyişdirdikdə bir ay müddətində ərazi üzrə tibb müəssisəsində uçota alınmaq;
8.0.4. xəstəliyin müalicəsindən imtina edərkən imtinanın səbəbini yazılı şəkildə bildirmək.
Maddə 9.
Dağınıq skleroz xəstəliyinə
tutulmuş şəxslərin sosial müdafiəsi
9.1. Əmək qabiliyyətini itirən dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslər qanunla müəyyən edilmiş qaydada dövlət tibb və sosial müdafiə müəssisələrində tibbi və sosial yardım alırlar.
9.2. Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə əlillik və ya sağlamlıq imkanlarının məhdudluğu qanunla müəyyən edilmiş qaydada təyin edilir. Dağınıq skleroz xəstəliyinə tutulmuş 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı şəxslərə əlillik müddətsiz təyin edilir.
9.3. Əlillik və ya sağlamlıq imkanlarının məhdudluğu təyin olunmuş və əmək pensiyası almaq hüququ olmayan dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərin "Sosial müavinətlər haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sosial müavinət almaq hüququ vardır.
9.4. Dağınıq skleroz xəstəliyinə tutulmuş işçilərə əmək qabiliyyətini müvəqqəti itirməyə görə müavinət iş stajından asılı olmayaraq, orta aylıq əməkhaqqının məbləği əsasında hesablanır.
9.5. Azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər dağınıq skleroz xəstəliyinin cəzanın çəkilməsinə maneçilik törədən ağır formalarına tutulduqda Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinə uyğun olaraq cəza çəkməkdən azad oluna bilər.
III fəsil
YEKUN MÜDDƏALARI
Maddə 10. Qanunun
pozulmasına görə
məsuliyyət
Bu qanunu pozan hüquqi, fiziki və vəzifəli şəxslər qanunla müəyyən edilmiş
qaydada məsuliyyət
daşıyırlar.
Maddə 11. Beynəlxalq
əməkdaşlıq
Dağınıq skleroz xəstəliyinin profilaktikası və onun fəsadları ilə mübarizə sahəsində beynəlxalq
əməkdaşlıq Azərbaycan
Respublikasının tərəfdar
çıxdığı beynəlxalq müqavilələrə
əsasən həyata
keçirilir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 7 mart 2012-ci il
Azərbaycan.- 2012.- 11 aprel.- S. 2.