“Azərbaycan
Respublikasının İnzibati Xətalar
Məcəlləsində dəyişikliklər edilməsi
haqqında” Azərbaycan
Respublikasının 2012-ci il 14 fevral tarixli 298-IVQD nömrəli
Qanununun tətbiqi və “Azərbaycan Respublikasının İnzibati
Xətalar Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə
minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri
haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin
2000-ci il 29 avqust tarixli 389 nömrəli Fərmanında dəyişikliklər
edilməsi haqqında
Azərbaycan
Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 2012-ci il 14 fevral tarixli 298-IVQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. üç ay müddətində Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması barədə təkliflərini hazırlasın və Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. üç ay müddətində Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.4. həmin qanundan irəli gələn digər məsələləri həll etsin.
2. "Azərbaycan
Respublikasının İnzibati Xətalar
Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə
minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri
haqqında" Azərbaycan Respublikası Qanununun
tətbiq edilməsi barədə" Azərbaycan
Respublikası Prezidentinin 2000-ci il 29 avqust tarixli
389 nömrəli Fərmanının (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2000, ¹8, III kitab,
maddə 612; 2001, ¹7, maddə 462, ¹10, maddə 640, ¹12, maddə
755; 2002, ¹1, maddə 49, ¹5, maddələr 260, 275, ¹8, maddələr
478, 484, 486; 2003, ¹6, maddə 299, ¹8, maddə 434,
¹9, maddə 478, ¹10, maddələr 546, 547, 560, 571, 582; 2004, ¹1,
maddələr 19, 26, ¹3, maddələr 138, 141, ¹4, maddə 235,
¹5, maddələr 340, 341, 343, 345, 346, ¹8, maddələr 607,
608, ¹11, maddə 909, ¹12, maddə 1005; 2005,
¹2, maddələr 67, 69, ¹4, maddələr 299, 303, ¹8, maddə
702, ¹9, maddələr 801, 802, ¹12, maddə 1101; 2006, ¹2, maddə
83, ¹4, maddələr 321, 322, ¹5, maddə 407, ¹7, maddə 590,
¹8, maddələr 662, 663, 674, 675, 679, ¹9, maddə 743, ¹11, maddələr
942, 945; 2007, ¹1, maddə 11, ¹2, maddə 87, ¹3, maddə
230, ¹7, maddə 715, ¹8, maddələr 767, 769, ¹11, maddələr
1110, 1116, 1120, ¹12, maddə 1227; 2008, ¹1, maddə 7, ¹3, maddə
186, ¹6, maddələr 504, 507, ¹7, maddə 617, ¹8, maddə 713,
¹9, maddə 798, ¹10, maddə 894, ¹11, maddələr 969, 971, 980,
¹12, maddələr 1060, 1061, 1062, 1065; 2009, ¹3, maddə 163, ¹4,
maddə 226, ¹5, maddə 330, ¹7, maddələr 532, 535, 539, 540,
542, ¹9, maddə 688, ¹10, maddələr 776, 785, ¹12, maddələr
979, 993; 2010, ¹2, maddə 80, ¹3, maddələr
180, 189, ¹5, maddə 393, ¹7, maddələr 606, 607, 610, ¹8, maddələr
721, 725, ¹10, maddələr 847, 854, ¹11, maddə 972; 2011, ¹3, maddələr
174, 175, ¹6, maddələr 490, 511, 513, ¹10, maddə 895; 2011, ¹12, maddələr 1117,
1129; 2012, ¹1, maddə 7, ¹2, maddə 64) 2.45-ci bəndinin
sonundakı nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və fərmana aşağıdakı
məzmunda 2.46-cı bənd əlavə edilsin:
"2.46.
həmin Məcəllənin 451.8-ci maddəsinin
dördüncü cümləsində "müvafiq icra
hakimiyyəti orqanı" dedikdə Azərbaycan Respublikasının
Ədliyyə Nazirliyi nəzərdə tutulur.".
3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
9 aprel 2012-ci il
Azərbaycan.- 2012.- 11 aprel.- S. 2.