V.İ.Abdullayevin Xızı Rayonu
İcra Hakimiyyətinin
başçısı vəzifəsindən azad
edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin II hissəsini rəhbər tutaraq qərara alıram:
Vaqif İdris oğlu Abdullayev Xızı Rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilsin.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
10 aprel 2012-ci il
Azərbaycan.- 2012.- 11 aprel.- S. 3.