V.İ.Abdullayevin Beyləqan Rayonu
İcra Hakimiyyətinin
başçısı təyin edilməsi haqqında
Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin II hissəsini rəhbər tutaraq qərara alıram:
Vaqif İdris oğlu Abdullayev Beyləqan Rayonu İcra Hakimiyyətinin başçısı təyin edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 10 aprel
2012-ci il
Azərbaycan.- 2012.- 11 aprel.- S. 3.