Azərbaycan demokratik dövlətdir, bu
dövlətdə insanlar sərbəst
şəkildə toplaşa bilirlər
"Müxalifətin keçirdiyi birgə, icazəli və razılaşdırılmış mitinqi müsbət dəyərləndiririk. O anlamda ki, Azərbaycan müxalifəti nəhayət, Bakı Şəhər İcra Hakimiyyəti ilə qanunamüvafiq şəkildə razılaşdırılmış və ayrılmış müvafiq yerdə mitinq keçirmək iradəsini ortaya qoydu" - bunu Trend-ə müxalifətin aprelin 8-də keçirilən icazəli mitinqinə münasibət bildirərkən Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.
Onun sözlərinə görə, Azərbaycan hakimiyyəti düşünür ki, müxalifət məhz gələcəkdə də mitinqləri, ozünün aksiyalarını belə qanunamüvafiq şəkildə, razılaşdırılmış yerlərdə keçirəcək.
"O ki qaldı bunun ümumi siyasi qiymətinə, əlbəttə, bu, eyni zamanda, Azərbaycanda söz, məlumat azadlığının, sərbəst şəkildə başqaları ilə toplaşmaq, narazılıq ifadə etmək azadlığının təminatıdır. İndiyə qədər bəziləri həm daxildə, həm də xaricdə, təəssüflər olsun ki, spekulyativ şəkildə Azərbaycanda sərbəst toplaşmaq hüququnun məhdudlaşdırılması ilə bağlı bəyanatlar yayırdılar. Bu, həm də onun göstəricisidir ki, Azərbaycanda mitinqlər qanunlar çərçivəsində və qanunamüvafiq şəkildə Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılaraq keçirildikdə sərbəst toplaşma azadlığına heç bir məhdudiyyət qoyulmur" - Əli Həsənov əlavə edib.
PA rəsmisinin sözlərinə görə, Azərbaycan demokratik dövlətdir, bu dövlətdə insanlar sərbəst şəkildə toplaşa bilirlər.
"Bu mitinqdə dünən
sərbəst şəkildə istənilən jurnalist, istənilən məlumatı toplayaraq sərbəst şəkildə yaya bildi. Deməli, Azərbaycanda
söz və mətbuat azadlığı
mövcuddur. Mitinqin
tribunasından onları narazı salan
ayrı-ayrı dövlət qurumlarının ünvanına
sərbəst şəkildə tənqidlər, müxtəlif
fikirlər ifadə olundu. Biz
bunu da normal
qəbul edirik. Bu, fikir plüralizminin cəmiyyətimizdə,
Azərbaycan dövlətində mövcudluğunun
əlamətidir. Ümumiyyətlə, buna
normal yanaşırıq. Düşünürük ki, artıq biz elə bir dövrə, zamana gəlib
çatmışıq ki, həm
müxalifət özünün
aksiyalarını qanuna uyğunlaşdırmalıdır,
həm də hakimiyyət müxalifətin qanuni
tələblərini, onların sərbəst toplaşmaq,
söz və ifadə azadlığını
və digər haqlarını təmin etməlidir" - deyə
Ə.Həsənov bildirib.
Azərbaycan.- 2012.- 11 aprel.- S. 3.