Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Birlik Ulduzlar mükafatına layiq görülmüşdür

 

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nunİSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva 2011-ci il üçün "Birlik Ulduzları" dövlətlərarası mükafatına layiq görülmüşdür. Bu yüksək mükafat ona humanitar fəaliyyətinə görə verilmişdir.

"Birlik Ulduzları" mükafatı laureatlarının təltif edilmə mərasimi yaxın vaxtlarda Moskvada keçiriləcəkdir.

"Birlik Ulduzları" dövlətlərarası mükafatı MDB iştirakçısı olan dövlətlərin Humanitar Əməkdaşlıq Şurası və birliyin iştirakçısı olan ölkələrin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondu tərəfindən təsis edilmişdir. Mükafat hər il elm və təhsil, mədəniyyət və incəsənət sahəsində, humanitar fəaliyyətə sanballı töhfə və nailiyyətlərə görə verilir. Bu il "Birlik Ulduzları" mükafatı üçüncü dəfə təqdim ediləcəkdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2012.- 11 aprel.- S. 3.