Amerikalı həkimlər Milli Onkologiya Mərkəzində olmuşlar

 

 Milli Onkologiya Mərkəzi dünyanın aparıcı tibb müəssisələri ilə yaxından əməkdaşlıq edir. Mərkəzin əməkdaşları Türkiyə, İngiltərə, Almaniya, İsveçrə, ABŞ və başqa ölkələrdən olan həmkarları ilə bərabər elmi araşdırmalar aparırlar.

AzərTAc xəbər verir ki, Cənubi Merlen Ştatının Radiosion Onkoloji Mərkəzlərinin tibbi direktoru Naqşiç ParisLaptala şəhərinin Uroloji Mərkəzinin direktoru Vladimir Kakitilaşvili Milli Onkologiya Mərkəzi ilə yaxından tanış olmuşlar.

Qonaqlar Azərbaycanda 650 çarpayılıq klinik bazası olan, bədxassəli şişlərin etopanagezi, diaqnostikası, müalicəsi və profilaktikasına dair məsələlərin öyrənilməsi ilə məşğul olan mərkəzdə yaradılan şəraitin yüksək standartlaramüasir dövrün tələblərinə uyğun olduğunu bildirmişlər.

Qonaqlar mərkəzin fəaliyyətinə uğurlaryeni nailiyyətlər arzulamış, gələcəkdə bu tibb müəssisəsi ilə birgə əməkdaşlığın qurulmasından məmnun olacaqlarını söyləmişlər.

 

 

Azərbaycan.- 2012.- 11 aprel.- S. 5.