Prezident İlham Əliyev Braziliyanın Azərbaycanda yeni təyin olunmuş səfiri Sergio de Souza Fontes Arrudanın etimadnaməsini qəbul etmişdir

 

 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 11-də Braziliya Federativ Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Sergio de Souza Fontes Arrudanın etimadnaməsini qəbul etmişdir.

Səfir Sergio de Souza Fontes Arrudan fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Səfir etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.

Dövlətimizin başçısı Azərbaycan ilə Braziliya arasında ikitərəfli münasibətləri genişləndirmək tərəfdaşlıq əlaqələrini inkişaf etdirmək üçün qarşılıqlı marağın olduğunu dedi. Ölkələrimiz arasında əməkdaşlığın yeni mərhələyə daxil olduğunu vurğulayan Prezident İlham Əliyev siyasi əlaqələri genişləndirməyin, iqtisadi sahədə əməkdaşlığı gücləndirməyin önəmini qeyd etdi. Dövlət başçısı ölkələrimizin beynəlxalq təşkilatlarda da bir-birini dəstəkləyəcəklərinə ümidvar olduğunu bildirdi. Prezident İlham Əliyev səfirə fəaliyyətində uğurlar arzuladı.

Sergio de Souza Fontes Arrudan əlaqələrimizin genişləndirilməsində qarşılıqlı səfərlərin əhəmiyyətini qeyd etdi. Səfir ölkəsinin Azərbaycan ilə əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olduğunu dedi Braziliyada keçiriləcək bir sıra beynəlxalq tədbirlərdə Azərbaycanın da iştirakının əhəmiyyətini vurğuladı. Diplomat ölkəmizdəki diplomatik fəaliyyəti dövründə Braziliya ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin genişləndirilməsi işində səylərini əsirgəməyəcəyini dedi.

 

 

AzərTAc

 

Azərbaycan.- 2012.- 12 aprel.- S. 1.