Azərbaycan
Respublikasının Xarici İşlər
Nazirliyi Gürcüstanın Tsxinvali regionunda
- Cənubi Osetiyada keçirilmiş
qondarma "prezident
seçkiləri"ni tanımadığı barədə bəyanat
yaymışdır
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi 2012-ci il aprelin 8-də Gürcüstanın Tsxinvali regionunda - Cənubi Osetiyada keçirilmiş qondarma "prezident seçkiləri" ilə bağlı bəyanat yaymışdır.
XİN-in mətbuat xidmətindən AzərTAc-a daxil olmuş bəyanatda deyilir ki, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Gürcüstanın ərazi bütövlüyünü və suverenliyini qəti şəkildə dəstəklədiyini bir daha bildirərək Tsxinvalidə - Cənubi Osetiyada 2012-ci il aprelin 8-də keçirilmiş qondarma "prezident seçkiləri"ni tanımadığını bəyan edir.
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi
münaqişənin mümkün həllini
tapması üçün hazırkı
danışıqlar prosesinin konstruktiv şəkildə davam
etdirilməsinin vacibliyinə qətiyyətlə inanır.
Azərbaycan.- 2012.- 12 aprel.- S. 2.