Azərbaycanın informasiya məkanında yeni analitik informasiya portalı NewTimes.Az fəaliyyətə başlayır

 

Aprelin 11-dən etibarən Azərbaycanın informasiya məkanında yeni analitik informasiya portalı - "NewTimes.Az" fəaliyyətə başlamışdır.

"NewTimes.Az" portalında oxucular siyasət, geosiyasət, beynəlxalq münasibətlər, iqtisadiyyat, sivilizasiyalararası dialoqs. mövzulara həsr edilmiş materialları izləyə biləcəklər.

Materiallarını Azərbaycan, ingilis, türkrus dillərində yayacaq portalın məqsədi regiondadünyada baş verən proseslərin ədalətli təhlilinə imkan yaratmaqdır. Ədalətli yanaşmanın təmin edilməsində isə müxtəlif mövqe, fikir və ideyaların əksini tapması mühüm rol oynayır. Bu məqsədlə siyasətçilər, diplomatlar, alimlər, şərhçilər, mütəxəssislər yeni portalla işləmək üçün əməkdaşlığa dəvət edilirlər.

Azərbaycan cəmiyyəti davamlı surətdə yeniləşərək inkişaf yolunda sosial, iqtisadi, siyasi, mədəni, elmi transformasiyalardan keçir. Dövlətin və millətin regional və beynəlxalq aləmdə yerininrolunun müəyyənləşməsi xüsusi əhəmiyyət daşıyır. Bu prosesi apara biləcək yeni ruhlu, analitik təfəkkürlərin birləşdiyi media orqanı zamanın tələbinə çevrilir.

"NewTimes.Az" Azərbaycanın informasiya məkanında işləyib dünyanın informasiya məkanında öz sözüyeri olan dinamik bir quruma çevrilmək məqsədi ilə fəaliyyətə başlayır. Bu işdə Azərbaycanın, eləcə də regionun və dünyanın bütün təfəkkür sahibləri ilə əməkdaşlıq nəzərdə tutulur.

Yeni informasiya portalı beynəlxalq münasibətlərin aktual problemlərinə ədalətli münasibət bildirməyi bacaran, analitik təfəkkürü olan hər kəsin üzünə açıqdır.

 

 

Azərbaycan.- 2012.- 12 aprel.- S. 2.