Ağdamda “Sərgüzəşti-vəziri-xani-Lənkəran” tamaşası göstərilmişdir
Əbdürrəhim bəy Haqverdiyev adına Ağdam Dövlət Dram Teatrında "Sərgüzəşti vəziri-xani Lənkəran" komediyası əsasında hazırlanmış tamaşa nümayiş etdirilmişdir.
M.F.Axundzadənin 200 illik yubileyi münasibətilə təqdim olunan tamaşada rolları əməkdar artist Cəmilə Məmmədzadə, aktyorlardan Kənan Həsənov, Suliddin Quliyev, Aidə Qasımova, Nizami Ələkbərov, Cəfər Bayramov, Elşən Cavadov və başqaları oynamışlar. Tamaşanın rejissoru əməkdar incəsənət xadimi Vaqif Şərifov, musiqi tərtibatçısı Elşad Əhmədov, rəssamı Vahab Cəfərovdur.
Səhnə əsəri Ağdam teatrsevərləri tərəfindən sürəkli alqışlarla qarşılanmışdır.
Teatrın direktoru Fəxrəddin Hacıbəyli göstərilən qayğıya görə kollektiv adından dövlətimizin başçısına minnətdarlığını bildirmişdir.
Ötən il Quzanlı mədəniyyət evi əsaslı təmir olunaraq uzun müddət köçkün həyatı yaşayan Ağdam Dövlət Dram Teatrı kollektivinin istifadəsinə verilmişdir.
Teatrda bu
il Azərbaycan torpaqlarının ermənilər
tərəfindən işğalından bəhs edən "O
kənd bizim kəndimizdir"
tamaşa-kompozisiyası və M.F.Axundzadənin "Sərgüzəşti
vəziri-xani Lənkəran" tamaşası
hazırlanmışdır.
Azərbaycan.- 2012.- 12 aprel.- S. 7.