Azərbaycan
Prezidenti İlham Əliyevin respublikanın şimal-qərb
bölgəsinə səfəri
Qazaxda ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 12-də respublikamızın şimal-qərb bölgəsinə səfəri çərçivəsində Qazax rayonuna gəlmişdir.
Dövlətimizin başçısı əvvəlcə Heydər Əliyev parkında ümummilli liderin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov Prezident İlham Əliyevə ulu öndərin adını daşıyan parkda aparılan abadlıq-quruculuq işləri barədə məlumat verdi.
Bildirildi ki, dörd hektar ərazini əhatə edən parkda tikinti işləri bu ilin yanvar-aprel aylarında aparılmışdır. Burada 10 min kvadratmetr sahədə yaşıllıq zolağı salınmış, dekorativ ağac və gül kolları əkilmişdir. Müasir memarlıq üslubunda inşa olunmuş iki fəvvarə Heydər Əliyev parkını daha da gözəlləşdirmişdir.
Görülmüş işləri yüksək qiymətləndirən Prezident İlham Əliyev tapşırıq və tövsiyələrini verdi.
AzərTAc
Azərbaycan.- 2012.- 13 aprel.- S. 1.