Qazaxbəyli-Aşağı
Salahlı avtomobil yolunun
açılışı olmuşdur
Qazax rayonuna səfəri çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev aprelin 12-də Qazaxbəyli-Aşağı Salahlı yolunun açılışında iştirak etmişdir.
Dövlətimizin başçısına Qazax rayonunda yolların yenidən qurulması sxemləri təqdim olundu.
Nəqliyyat naziri Ziya Məmmədov Prezident İlham Əliyevə məlumat verdi ki, əsaslı şəkildə yenidən qurulmuş Qazaxbəyli-Aşağı Salahlı yolu 5 minə yaxın əhalisi olan 3 kəndi birləşdirir. Uzun müddət təmir olunmadığından yol istismara yararsız vəziyyətə düşmüşdü. Qısa müddətdə yenidən qurulan yol əhalinin gediş-gəlişini xeyli asanlaşdıracaqdır.
Bildirildi ki, dövlətimizin başçısının tapşırığı ilə təmir olunan Yuxarı Salahlı-Kəmərli avtomobil yolundan isə 4 kəndin 13 minə yaxın əhalisi istifadə edəcəkdir. Burada da işlərin əsas hissəsi görülmüşdür.
Prezident İlham Əliyevə təqdim olunan üçüncü layihə Ağstafa-Poylu-Gürcüstan dövlət sərhədi avtomobil yolunun yenidən qurulması layihəsi oldu. Bildirildi ki, 53 kilometrlik yol ən müasir standartlar səviyyəsində qurulur. Yolun üzərində bir ötürücü əsaslı şəkildə təmir olunur, iki yeni körpü tikilir.
Sonra Prezident İlham Əliyev Qazaxbəyli-Aşağı Salahlı yolunun rəmzi açılışını bildirən lenti kəsdi.
Dövlətimizin başçısı inşaatçılarla görüşdü. Azərbaycan Prezidenti aprelin 10-da imzaladığı sərəncamla fəxri adlara layiq görülmüş bir qrup inşaatçını təbrik etdi.
Azərbaycan Prezidenti kənd sakinləri ilə görüşdü.
Sakinlər Prezident İlham Əliyevi hərarətlə
qarşıladılar, onlara
göstərilən diqqət
və qayğıya görə dövlətimizin
başçısına minnətdarlıq
etdilər.
Kənd
sakinlərini salamlayan
Prezident İlham ƏLİYEV
dedi: Sizi ürəkdən təbrik
edirəm. Çox gözəl yol
çəkilib. İndi gediş-gəliş
rahat olacaqdır.
Biz ölkə üzrə bütün kəndlərdə yollar çəkirik. Elə rayon yoxdur
ki, orada kənd yolları çəkilməsin. Ucqar rayonlara,
paytaxtdan uzaqda yerləşən bölgələrə
xüsusi diqqət yetirilməlidir.
Sakinlər: Çox sağ olun. Siz bizim bütün problemlərimizin həllinə
diqqət yetirirsiniz.
Biz Sizdən çox
razıyıq. Allah da
Sizdən razı olsun!
Prezident
İlham ƏLİYEV: Çox
sağ olun.
Bilirsiniz ki, mən Qazax rayonunda dəfələrlə
olmuşam. Keçən
il də
gəlmişdim. Çox şadam
ki, işlər yaxşı gedir, daha da yaxşı
getməlidir. Bütün sahələrdə
qarşıya qoyulan vəzifələr icra edilməlidir. Yaxşı yaşayış
üçün bütün
şərait olmalıdır.
Yaxşı yollar, yaxşı məktəblər,
tibb məntəqələri,
iş yerləri olmalıdır. Bu gün Qazaxda böyük bir konserv zavodu
açılır, orada
da yüzlərlə iş yeri yaradılacaqdır.
Sement zavodu tikilir. Ölkə üzrə çox böyük bir layihədir. Bu, həm
ölkə iqtisadiyyatına
böyük töhfədir,
həm iş yerlərinin açılması
üçün çox
vacibdir, orada da yüzlərlə insan işləyəcəkdir.
Çalışırıq ki, hər yerdə
işlər yaxşı
getsin, iş yerləri açılsın,
insanların yaşayış
səviyyəsi yüksəlsin
və gözəl şərait olsun. Bu yol inkişaf
deməkdir.
Sakinlər: Sizə çox
minnətdarıq, cənab
Prezident! Yaxşı yaşamağımız üçün bizə hər cür şərait yaradırsınız.
Siz ulu öndərimizin qurub-yaratdığı müasir
Azərbaycanı daha firavan ölkəyə çevirirsiniz. Bu, belə də olmalıdır. Çox
sağ olun.
Sizə minnətdarıq. Allah Sizi qorusun.
* * *
Sonda xatirə
şəkli çəkdirildi.
AzərTAc
Azərbaycan.- 2012.- 13 aprel.- S. 1.