Mübarizənin yeni mərhələsi

 

 Düşmən heç zaman yatmır - demişlər. Xalqın bu müdrik deyimində bir  neçə məna var. Əvvəla, düşmənin yatmırsa, deməli, sən də yatmalı  deyilsən. Yoxsa elə yuxuda başının üstünü alar, düşmənçiliyini edər. Digər tərəfdən, sən daim hazırlıqlı olmalısan, haçan, hansı istiqamətdə zərbə  endiriləcəyini  müəyyənləşdirib tədbir görməlisən. Ən nəhayət, daim ayıq-sayıq olmaqla  düşməni qabaqlamalı, zərərsizləşdirməlisən!

Taleh Azərbaycana dünya erməniliyi adlı bir düşmən qismət edib. Bu  düşmən Azərbaycan torpaqları hesabına özünə dövlət qurub, bizə əbədi qonşu  olub. Heç birimizin başqa yerə köçüb getmək fikri  yoxdur! Əksinə, ermənilər  məqam düşən kimi torpaqlarımızı işğal etməklə ərazilərini genişləndirirlər. Havadarları güclü olduğundan indiyədək bu niyyətlərində uğurlar qazanmışlar.

Adətən, ermənilər onları himayə edən dövlətlərin başçılarına yol tapanda,  mövqeləri güclənəndə hücuma keçirlər. Bir də Azərbaycan xalqı və dövləti  üçün taleyüklü məqamlarda, ölkədə qeyri-sabitlik yarananda! Hər dəfə də  böyük qırğınlar, soyqırımıları törədərək, sonradan əsas silahlarını, hiylə və  yalanı işə salırlar. Yəni, öz əməllərini başqalarının adına yazmağa çalışaraq "soyqırımına məruz qalan zavallı millət" olduqlarını dünyaya qəbul etdirməyə  fasiləsiz cəhdlər göstərirlər. 1905-1906; 1918-1920; 1988-1993-cü illərdə  məhz belə olub. Sonuncu dəfə ermənilər Xocalıda 613 günahsız insanı qətlə  yetirməklə faşist xislətlərini bir daha nümayiş etdirdilər! Bütövlükdə XIX-XX əsrlərdə ermənilər tərəfindən 280500 nəfər azərbaycanlı vəhşicəsinə  öldürülmüşdür, hazırda isə ölkə ərazisinin 20 faizi düşmən işğalındadır.

Xalqımız heç zaman torpaqlarının işğalı, soyqırımı əməllərilə barışmamış, coxsaylı qurbanlar versə də, düşmənə qarşı mübarizəni bir an belə  dayandırmamışdır. Qırmızı imperiyanın dağılması, dövlət müstəqilliyinin  bərpası ilə müşahidə olunan sonuncu Qarabağ savaşında 20 ildir ki, atəşkəsdir.

 

Atəşkəs barışıq deyil!

Atəşkəs sülh demək deyil!

Atəşkəs Azərbaycanın mövcud status-kvo ilə razılaşması deyil!

Əslində, atəşkəs mübarizənin yeni formada davamıdır!

 

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi indiyədək üç mərhələ  keçib. Bu mərhələnin hər birinin özünəməxsus çətinlikləri olmaqla müəyyən  dövrü əhatə edir. Ulu öndər Heydər Əliyevin adı ilə bağlı olan birinci  mərhələdə başlanan mübarizənin hərbi-diplomatik əsasları qoyuldu. Milli ordu  quruculuğu prosesinə başlayan ümümmilli liderimiz məsələnin sülh yolu ilə həllinə də böyük diqqət yetirirdi.

Münaqişənin ilk dövrlərində Azərbaycan dünyaya və SSRİ məkanına  mərkəzi qəzetlər və Sovet İttifaqının informasiya agentlikləri vasitəsilə çıxırdı. Həmin qaynaqlar ermənipərəst qüvvələrin əlində olduğundan Azərbaycanın  Dağlıq Qarabağ vilayətində baş verən hadisələr ictimaiyyətə təhrif edilmiş  formada, ermənilərin maraq və mənafelərinə uyğun şəkildə təqdim olunurdu. Başqa sözlə, bütün informasiyalarda azərbaycanlılar "vəhşi, qaniçən", ermənilər  isə "zavallı, məzlum xalq" kimi göstərilirdi.

Ulu öndər Heydər Əliyevin ən böyük xidmətlərindən biri Azərbaycan  ətrafında yaradılmış informasiya blokadasını yarmaq oldu. O, bu işi  təkbaşına, böyük qətiyyət və əzmkarlıqla gördü. Xəritə qarşısında dayanaraq səfər etdiyi ölkələrin rəhbərlərinə və siyasətçilərinə real  həqiqətləri faktlarsübutlar əsasında çatdırdı. Beləliklə, ermənilərin əsl  xislətlərini göstərərək azərbaycanlıların mövcud simasını özünə qaytardı. 2001-ci ildə ölkəmizin Avropa Şurasına qəbuluna nail olaraq daha bir  nəhəng tribunadan düşmənlərimizin əməllərinin ifşası və Azərbaycan  həqiqətlərinin yayılması üçün təməl yaratdı.

Mübarizənin ikinci mərhələsinə Prezident İlham Əliyevin rəhbərliyi ilə  başlandı. Hələ Avropa Şurası Parlament Assambleyasında ölkəmizin deputat  qrupuna başçılıq etdiyi dövrdə bu nüfuzlu qurumda necə mübarizə  aparılmasının mükəmməl nümunəsini göstərən cənab İlham Əliyev dövlət  başçısı tək fəaliyyətində beynəxalq qurumlarda uğurlarımızın bünövrəsini  qoydu. Dünyada yaranmış situasiyanı, Azərbaycan dövlətinin Cənubi Qafqazda  və beynəlxalq arenadakı mövqeyini düzgün qiymətləndirən Prezident İlham  Əliyev "hücum diplomatiyası" taktikasını gündəmə gətirdi. Qısa vaxt ərzində  bu uğurlu taktika öz səmərəsini göstərdi!

Artıq dünya Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi  barədə əsl həqiqətləri bilir!

Bir sıra nüfuzlu beynəlxalq təşkilatlar - BMT, ATƏT, AŞ PA, Avropa İttifaqı, İƏT qəbul etdikləri sənədlərdə Ermənistanın Azərbaycan ərazilərinin işğalını təsdiq etmiş, onu işğalçı dövlət adlandırmışlar!

Daha ermənilər öz yalanlarını dünyada rahat yeridə, asudə və maneəsiz çalışa bilmirlər!

Heydər Əliyev Fondunun azərbaycanlıların soyqırımının tanıdılması  məsələsinə dəstəyi, fondun vitse-prezidenti Leyla xanım Əliyevanın başçılığı ilə "Xocalıya ədalət" kampaniyasının genişlənməsi də ikinci mərhələnin  uğurlarındandır. Cari ildə Xocalı soyqırımının 20-ci ilinin keçirilməsi, bu  münasibətlə dünyanın 60-dan çox ölkəsində kütləvi tədbirlərin baş tutması   yeni mərhələnin başlanğıcının göstəricisidir.

Azərbaycan Prezidenti İlham Əliyev torpaqlarımızın bir qarışının da heç  kəsə verilməyəcəyini, Azərbaycanın ərazi bütövlüyünün danışıqlar mövzusu  olmadığını bəyan edib! Artıq Azərbaycan güclü iqtisadiyyatamodern orduya  malik dövlətdir! Hələlik münaqişənin sülh yolu ilə həllinə çalışır və bu  istiqamətdə yeni addımlar atır.

Mübarizənin üçüncü mərhələsi Azərbaycanın dünyada artan nüfuzu, iqtisadi  gücüonu dəstəkləyənlərin say çoxluğu ilə xarakterizə edilir. Bu mərhələ  ölkə Prezidenti İlham Əliyevin Xocalı soyqırımı günündə keçirilən ümumxalq  yürüşündəki iştirakından güc alır. Artıq Azərbaycan Avropanın enerji  təchizatında xüsusi yeri olan, xarici dövlətlərə sərmayə qoyan, böyük 20-liyin  sammitinə dəvət alan, 155 dövlətin dəstəyi ilə BMT TŞ-yə üzv seçilən dövlətdir! Bu siyasi, iqtisadi dividendlər ona aparılan mübarizədə əlavə gücimkanlar  verir!

Bu mərhələnin xarakterik xüsusiyyəti dünya dövlətlərinin parlamentlərində  işlərin gücləndirilməsidir. Artıq MeksikaPakistan parlamenti Xocalı  soyqırımı ilə bağlı qərar qəbul etmişdir. Qısa müddətdə belə qərarların sayı  daha da artacaqdır.

Dövlət başçısı cənab İlham Əliyev Şuşa şəhərinin Ermənistan silahlı  qüvvələri tərəfindən işğalının iyirminci ildönümü haqqında sərəncam  imzalamışdır. Bu kədərli ildönümünün də beynəlxalq miqyasda qeyd olunması  üçün hər bir azərbaycanlı əlindən gələni etməlidir!

Azərbaycanlıların soyqırımının dünya tərəfindən qəbul edilməsi üçün  dayanmadan, ilboyu aparılmalıdır. Artıq Azərbaycanda yeni, müasir biliklərə  informasiya-kommunikasiya texnologiyalarına bələd olan nəsil yetişmişdir. Onların bir qismi xaricdə təhsil almış, yaxud almaqdadır. Gənclərimizin bu  müqəddəs işə qoşulması son dərəcə vacibeffektlidir. Ermənilərin çoxsaylı  yalanböhtan yayan internet saytları mövcuddur. Gənclərimiz daim bu  sahədə aparmalı, erməni yalanlarını və saxtalığını sübut edən faktlarla  cavablandırmalıdır. Hər bir azərbaycanlı gənc bu işə vətəndaşlıq borcu kimi  yanaşmalı, hücum diplomatiyasına şəxsi töhfəsini verməlidir!

 

Üçüncü mərhələdə də bizi uzun və gərgin mübarizə gözləyir!

Bu mübarizədə biz qalib gəlməyə borcluyuqqalib gələcəyik!

Qələbəni isə yalnız birliyimiz, qətiyyətimiz, fəallığımız təmin edəcək!

Yorulmadan, fasilə vermədən qələbəyədək, sonadək mübarizəyə!

 

 

Azərbaycan.- 2012.- 13 aprel.- S. 5.