Qoşunların
təmas xəttində keçirilən monitorinq
insidentsiz başa
çatmışdır
ATƏT-in fəaliyyətdə
olan sədrinin şəxsi nümayəndəsinin
mandatına uyğun olaraq
aprelin 12-də Azərbaycan
Respublikasının Ağdam rayonunun Yusifcanlı kəndi
yaxınlığındakı təmas xəttində
keçirilən monitorinq insidentsiz
başa çatmışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a
bildirmişlər ki, monitorinqi
Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin
ofisinin əlaqələndiricisi Piter Ki, səhra köməkçisi
Xristo Xristov və
ATƏT-in yüksək səviyyəli planlaşdırma
qrupunun nümayəndəsi polkovnik İlhami Dəyirmançıoğlu
keçirmişlər. Təmas xəttinin qarşı tərəfində
isə monitorinqə ATƏT-in fəaliyyətdə olan sədrinin səhra köməkçisi Antal Herdiç, yüksək
səviyyəli planlaşdırma qrupunun
nümayəndəsi polkovnik Andrey Baraşkin nəzarət
etmişlər.
Azərbaycan.- 2012.- 13 aprel.- S. 6.