Türkiyə səfirliyi Azərbaycan-Türkiyə: qardaşlıqdan doğan tərəfdaşlıq mövzusunda yaradıcılıq müsabiqəsi keçirir

 

Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov Türkiyənin ölkəmizdəki səfirliyinin mədəniyyət və tanıtma müşaviri Seyid Əhməd Arslan ilə görüşmüşdür.

Şuradan AzərTAc-a verilən məlumata görə, görüşdə tərəflər Azərbaycan ilə Türkiyə arasında çoxtərəfli əməkdaşlığın media və mədəniyyət sahələrində də inkişaf etdiyini vurğulamışlar. Görüşdə Azərbaycan ilə Türkiyə arasında diplomatik münasibətlərin qurulmasının 20-ci ildönümü ilə bağlı tədbirlərin genişləndirilməsinin vacibliyi qeyd olunmuşdur. Bununla bağlı aprelin 15-dən mayın 15-dək Azərbaycan jurnalistləri arasında "Azərbaycan-Türkiyə: qardaşlıqdan doğan tərəfdaşlıq" mövzusunda yaradıcılıq müsabiqəsinin keçiriləcəyi qərara alınmışdır. Bildirilmişdir ki, müsabiqədə ən yaxşı nəticə göstərəcək yeddi yazının müəllifləri Türkiyənin müxtəlif görməli yerlərinə, eləcə də tarixi bölgələrinə səfər edəcəklər.

 

 

Azərbaycan.- 2012.- 13 aprel.- S. 6.