Adana vilayət məclisi
Xocalı soyqırımı qurbanlarının xatirəsinə
abidə ucaldılması təklifini qəbul etmişdir
Adana vilayət məclisinin üzvü Mustafa Halaçoğlunun mətbuat üçün açıqlamasında bildirilir ki, məclisin toplantısında Azərbaycanın Xocalı şəhərində ermənilərin vəhşicəsinə qətlə yetirdikləri azərbaycanlıların xatirəsinə abidə ucaldılması təklifi yekdilliklə qəbul edilmişdir.
Adana valisi Hüseyin Avni Coş başda olmaqla bütün məclis üzvlərinin bu təklifi bəyəndiklərini bildirən M.Halaçoğlu əlavə etmişdir ki, abidə şəhərin ən mərkəzi və görkəmli yerlərindən birində inşa ediləcəkdir. Onun sözlərinə görə, Türkiyənin hər vilayətində Xocalı və Anadoluda erməni qətliamlarının qurbanı olmuş insanlara abidələr ucaldılmalıdır. Bu, gənc nəslin öz tarixini unutmaması baxımından çox əhəmiyyətlidir.
AzərTAc
Azərbaycan.- 2012.- 13 aprel.- S. 6.