Krım Muxtar Respublikasının kurortlarturizm nazirinin müavini ilə görüş

 

 Aprelin 12-də Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Krım Muxtar Respublikasının kurortlarturizm nazirinin müavini Nikolay Marinovla görüşmüşdür.

Ə.Qarayev Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi ilə Ümumdünya Turizm Təşkilatının "İpək yolunun ləzzəti" adlı birgə layihəsinin həyata keçirilməsi haqqında imzalanmış saziş barədə məlumat vermişdir. Həmin saziş çərçivəsində sentyabrın 6-7-də Bakıda qastronomiya, mədəniyyət və turizmə dair beynəlxalq konfrans keçiriləcəkdir.

Nazir qeyd etmişdir ki, Krımla Azərbaycanı qədim dostluq əlaqələri birləşdirir. Qarşılıqlı böyük potensial turist mübadiləsini həyata keçirməyə, spa-turizmi inkişaf etdirməyə imkan verir.

Krım Muxtar Respublikasının kurortlarturizm nazirinin müavini Nikolay Marinov Bakı haqqında təəssüratlarını bölüşərək demişdir: "Mən Bakıya ilk dəfə gəlmişəm. Bakı son dərəcə gözəl şəhərdir - müasir uğurlu dövlətin paytaxtıdır. Azərbaycan xalqının qonaqpərvərliyi adamı valeh edir". Qonaq qeyd etmişdir ki, turizm xalqlarımızın mədəniyyətlərinin yaxınlaşmasında da müsbət rol oynaya bilər.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunmuşdur.

 

 

Azərbaycan.- 2012.- 13 aprel.- S. 7.