Mədəniyyət
və turizm naziri Latviya Turizm Assosiasiyasının prezidenti ilə
görüşmüşdür
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev "AİTF-2012" Azərbaycan Beynəlxalq turizm və səyahətlər sərgisində iştirak etmək üçün Bakıda səfərdə olan Latviya Respublikası Turizm Assosiasiyasının prezidenti Gitendorfa Kitija ilə görüşmüşdür.
Ə.Qarayev ölkəmizin turizm potensialı barədə qonağa məlumat verərək bildirmişdir ki, Azərbaycan Latviya ilə turizm sahəsində ikitərəfli əməkdaşlıqda maraqlıdır. Gitendorfa Kitija rəhbərlik etdiyi təşkilatın fəaliyyəti və strukturu barədə danışmışdır. O bildirmişdir ki, assosiasiyanın tərkibinə Azərbaycanla əməkdaşlığa hazır olan 70-dən çox turizm şirkəti daxildir.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunmuşdur.
AzərTAc
Azərbaycan.- 2012.- 13 aprel.- S. 7.