“AİTF-2012” Azərbaycan Beynəlxalq turizm və səyahətlər
sərgisinin iştirakçıları ümummilli lider Heydər
Əliyevin məzarını və Şəhidlər
xiyabanını ziyarət etmişlər
Bakıda keçirilən "AİTF-2012" Azərbaycan Beynəlxalq turizm və səyahətlər sərgisinin iştirakçıları aprelin 12-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə gül dəstələri qoymuşlar.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunmuş, məzarı üstünə tər güllər düzülmüşdür.
Sonra Şəhidlər xiyabanına gələn sərgi iştirakçıları ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə şəhid olmuş qəhrəman Vətən övladlarının əziz xatirəsini ehtiramla yad etmiş, məzarları üzərinə tər çiçəklər qoymuşlar.
Bakının ən hündür nöqtəsindən
Azərbaycan paytaxtının mənzərəsini seyr edən
qonaqlara şəhərimizdə görülən
abadlıq-quruculuq işləri barədə ətraflı məlumat
verilmişdir.
Azərbaycan.- 2012.- 13 aprel.- S. 7.