Tovuzda ulu öndər Heydər Əliyevin abidəsini ziyarət

 

Aprelin 12-də Azərbaycan Prezidenti İlham Əliyev respublikamızın şimal-qərb bölgəsinə səfəri çərçivəsində Tovuz rayonuna gəlmişdir.

Dövlət başçısı Tovuz şəhərindəki Heydər Əliyev parkında ümummilli liderin abidəsini ziyarət etdi, önünə gül dəstəsi qoydu.

Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Tofiq Zeynalov məlumat verdi ki, Heydər  Əliyev adına mədəniyyət və istirahət parkı şəhərin sakinlərinin və qonaqlarının sevimli istirahət mərkəzidir.

Sonra dövlət başçısı rayon ərazisində aparılan tikinti-abadlıq işlərini, Tovuzun xəritəsini, Tovuz-Qovlar-Ağbaşlar avtomobil yolunun layihəsini və tikintisi davam etdirilən obyektləri əks etdirən stendlərlə tanış oldu.

Bildirildi ki, Tovuz-Qovlar-Ağbaşlar avtomobil yolunun yenidən qurulmasına ötən il başlanılmışdır. Artıq bu yolun 13 kilometrlik hissəsinə asfalt-beton örtük döşənmişdir.

 

 

 AzərTAc

 

Azərbaycan.- 2012.- 14 aprel.- S. 5.