Azərbaycan Respublikasında turizm sahəsinin işçilərinə "Əməkdar mədəniyyət işçisi" fəxri adının verilməsi haqqında

 

 Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

 Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasında turizm sahəsində səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslərə "Əməkdar mədəniyyət işçisi" fəxri adı verilsin:

 

Quliyev Aleksandr Balaşeviç

Nuriyev Fikrət Lütvəli oğlu

Rəhimov Sabir Hilal oğlu

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 Bakı şəhəri, 13 aprel 2012-ci il

 

Azərbaycan.- 2012.- 14 aprel.- S. 7.