Azərbaycan
Respublikası gömrük
orqanlarının bayrağı haqqında əsasnamə
Əlavə I
Azərbaycan Respublikası Prezidentinin 2012-ci il
13 aprel tarixli fərmanı ilə təsdiq edilmişdir
1. Azərbaycan Respublikası gömrük orqanlarının bayrağı gömrük orqanlarının şərəf və şöhrət rəmzidir. Bu bayraq Azərbaycan Respublikası gömrük orqanlarının hər bir işçisinə Azərbaycan Respublikasının iqtisadi suverenliyini və təhlükəsizliyini müdafiə etmək, öz xidməti vəzifələrini vicdanla və layiqincə yerinə yetirmək və gömrük xidməti intizamının tələblərinə əməl etmək borcunu xatırladır.
2. Gömrük orqanlarına məxsus dəniz və çay gəmiləri Azərbaycan Respublikası gömrük orqanlarının bayrağını daşıyır.
3. Dəniz və çay gəmilərində istifadə olunan Azərbaycan Respublikası gömrük orqanlarının bayrağı hərəkət zamanı qafeldə, dayanacaqda olduqda isə arxa flaqştokda qaldırılır.
4. Azərbaycan Respublikası gömrük orqanlarının bayrağının təsviri gömrük orqanlarına məxsus hava gəmilərinin üzərinə vurulur.
5. Azərbaycan Respublikası gömrük orqanlarının bayrağı
Azərbaycan Respublikasının dövlət bayrağı ilə
birlikdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin iş otağında və komitə tərəfindən
keçirilən rəsmi tədbirlər zamanı kollegiya zalında "Azərbaycan
Respublikası dövlət bayrağının istifadəsi
qaydaları haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə müvafiq olaraq yerləşdirilir.
Azərbaycan.- 2012.- 14 aprel.- S. 7.