Əfsanələr real tarixdən söz açır

 

 Dağlar diyarı Gədəbəy açıq səma altında zəngin bir muzeyə bənzəyir. Rayonda bir dünya, 81 ölkə və 24 yerli əhəmiyyətli abidə qeydə alınıb. Gədəbəyin hər guşəsində qalaqalaçalar, müdafiə istehkamları, məbəd və türbələr diqqəti cəlb edir. Koroğlu qalası, (ona Cavanşir qalası da deyirlər.) Cənnət qala, Qız qalası, Zəngi qalaE Hərəsi bir sənət əsəri, xalqın mənəvi tarixinin əvəzsiz yadigarıdır.

Dünya əhəmiyyətli Böyük Qalaça Söyüdlü kəndinin ərazisində yerləşir. Əslində bu nəhəng daşlardan hörülmüş uca bir qala - dağdır. Mütəxəssislərin fikrincə, ilk dəmir dövründə tikilib. Söyüdlü kəndinin digər bir "möcüzəsi" Qız qalasıdır. O da yüksək bir qayalığın başında, son dərəcə mənzərəli, füsunkar bir guşədə yerləşir. Beş ədəd dairəvi sütundan ibarətdir. Hamısı da kərpiclə hörülüb. İlk baxışda giriş-çıxış yerləri görünmür. Sütunlar hündürlüyünə və diametrinə görə bir-birindən fərqlənir. Cəm halında bu kompleks qədim bir şəhəri xatırladır.

Gədəbəyin ən mənzərəli yerlərindən biri də Qalakənddir. Rayon mərkəzindən xeyli aralı, Şəmkir çayının sahilində, uca dağların, sıx meşələrin qoynunda yerləşir. Böyük Qaramurad kəndi yaxınlığındakı Zəngli qala da elə ilk baxışdan diqqəti cəlb edir.

Ümumən Gədəbəy abidələri Azərbaycanın ulu tarixinin canlı nümunələri, elmi ədəbiyyatda Gədəbəy - Xocalı mədəniyyəti kimi tanınan qədimi bir mərhələnin danılmaz təzahürüdür. Gədəbəy-Xocalı mədəniyyəti isə özlüyündə iki minillik bir tarixi dövrün - Tunc dövrünün arxeoloji təsdiqidir.

Əbəs demirlər ki, əfsanə, rəvayət tarix deyil. Amma əfsanələr, rəvayətlər tarixsizdeyildir. Heç şübhəsiz hər qala, hər məbəd, hər kurqan müxtəlif rəvayətlərlə, əfsanələrlə zəngindir. Müəyyən tarixi həqiqətlərə söykənən həmin rəvayətlərdə, əfsanələrdə isə xalqın taleyi görünür, ruhu, mənliyi yaşayır.

Gədəbəy rayonunun "Azərbaycanın əfsanələr paytaxtı - 2012" elan olunması heç də təsadüfi deyil. Bu günlərdə rayonda həmin adın təqdimat mərasimi keçirildi. İlk öncə məxsusi olaraq bu mühüm tədbir üçün hazırlanmış yeddi bölmədən ibarət sərgiyə baxış keçirildi. "Arxeoloji əfsanələr", "Memarlıq əfsanələri", "Turizm əfsanələri", "Simens əfsanələri", "Sazsöz əfsanələri", "Əfsanəvi həmyerlilər" və bir də "Qəhrəmanlıq əfsanələri". Burada beş yüzdən artıq müxtəlif arxeoloji material, sənəd, şəkil, məqalə, kitabs. nümayiş etdirilirdi.

Rayon icra hakimiyyətinin başçısı Kamran Rzazadə mərasim iştirakçılarını salamladı və "Əfsanələr paytaxtı" nominasiyasının kubokunudiplomunu mədəniyyət və turizm şöbəsinin müdiri Fazilə Məmmədovaya təqdim etdi.

Mədəniyyət evinin direktoru Etibar Əliyev abidələrin mühafizəsi, əfsanə və rəvayətlərin tədqiqi ilə əlaqədar görülən tədbirlərdən ətraflı danışdı. Qeyd edildi ki, hazırlıq dövründə nominasiya tələblərinə uyğun olaraq geniş tədbirlər həyata keçirilib. Abidələrin təbliği üçün fotosərgilər təşkil olunub, kartatekalar, fotobukletlər, "Gədəbəyin tarixi abidələri" və "Həyatımızda Simens izləri" adlı kitablar nəşr edilib. Bu sahədə aparılan işlər Azərbaycan-Almaniya Dostluq Cəmiyyətinin "Körpü" mükafatına layiq görülüb.

Açılış mərasiminə yerli rəssamların əsərləri, qədimi məişət əşyaları, aşıqların və müğənnilərin ifaları xüsusi yaraşıq verdi.

Tədbir iştirakçılarından biri, ağsaqqal Kərəm Məmmədov dedi ki, mən neçə vaxtdı belə sözlü-söhbətli, ulu tariximizə gur işıq saçan maraqlı-məzmunlu mədəniyyət tədbirini görməmişəm. Burada yerin altını üzə çıxaran canlı tarixi gördüm, əvəzsiz memarlıq nümunələrini gördüm, rayonun yüksəliş sürətini gördüm, turizmin gündən-günə artan yollarını gördüm. Bütün bunlar isə dağlar diyarının ulu tarixindən, xoş sabahından xəbər verir, əfsanələr qədim diyarın real tarixindən söz açır. Biz bu tarixi müntəzəm öyrənir və hər zaman onunla fəxr edirik.

 

 

 Əhməd İSAYEV

 

Azərbaycan.- 2012.- 14 aprel.- S. 11.