Danimarkanın Kraliçası Ülyahəzrət II Marqreteyə

 

Ülyahəzrət!

Danimarka Krallığının milli bayramı - Təvəllüd gününüz münasibətilə SiziSizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Əminəm ki, Azərbaycan-Danimarka münasibətlərinin inkişafı, ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq əlaqələrinin möhkəmlənməsi və genişlənməsi bundan sonra da xalqlarımızın rifahına xidmət edəcəkdir.

Belə bir əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Danimarka xalqına sülh və firavanlıq diləyirəm.

 

Hörmətlə,

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 2 aprel 2012-ci il

 

Azərbaycan.- 2012.- 15 aprel.- S. 1.