A.Ə.Vəliyevin
Bakı şəhəri Sabunçu Rayonu İcra Hakimiyyətinin
başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin II hissəsini rəhbər tutaraq qərara alıram:
Adil Ənvər oğlu Vəliyev Bakı şəhəri Sabunçu Rayonu İcra Hakimiyyətinin başçısı təyin edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 14 aprel
2012-ci il
Azərbaycan.- 2012.- 15 aprel.- S. 1.