T.H.İbrahimovun Ağdaş Rayonu İcra Hakimiyyətinin
başçısı təyin edilməsi haqqında
Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin II hissəsini rəhbər tutaraq qərara alıram:
Tofiq Hüseyn oğlu İbrahimov Ağdaş Rayonu İcra Hakimiyyətinin başçısı təyin edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 14 aprel
2012-ci il
Azərbaycan.- 2012.- 15 aprel.- S. 1.