Azərbaycan
Prezidenti İlham Əliyev Litvanın keçmiş
dövlət başçısı, Litva
Seyminin keçmiş
sədri, Avropa Parlamentinin
üzvü Vitautas Landsbergisi qəbul etmişdir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 14-də Litva Respublikasının keçmiş dövlət başçısı, Litva Seyminin keçmiş sədri, Avropa Parlamentinin üzvü Vitautas Landsbergisi qəbul etmişdir.
Görüşdə ölkəmizin Avropa Şurasına üzv seçilərkən Vitautas Landsbergisin Azərbaycanın ədalətli mövqeyini dəstəkləməsi məmnunluqla xatırlandı. Müstəqillikdən sonrakı ötən dövr ərzində Azərbaycanda bütün sahələrdə böyük dəyişikliklərin baş verdiyi vurğulandı.
Görüşdə həmçinin Azərbaycan ilə Avropa Parlamenti arasında əməkdaşlığa dair məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
AzərTAc
Azərbaycan.- 2012.- 15 aprel.- S. 1.