Rus
icmasının üzvləri ilə görüş
Provoslavların Pasxa bayramı münasibətilə Sabirabad rayonunda tədbir keçirilmişdir. Tədbirdən əvvəl rus icmasının üzvləri ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoymuşlar. Tədbirdə rayonda yaşayan 40 rus ailəsinin üzvləri və xidmət təşkilatlarının rəhbərləri iştirak etmişlər. Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov respublikamızda Prezident İlham Əliyevin rəhbərliyi altında dövlət-din münasibətlərinin demokratik prinsiplərə və beynəlxalq hüquq normalarına uyğun olaraq tənzimləndiyindən, hər bir insanın dini etiqad azadlığının təmin olunmasından danışmışdır. RİH-in başçısı hər il rayonda keçirilən Pasxa bayramının xeyirxahlığın, mərhəmət və səadət duyğularının ifadəsi olduğunu vurğulamış və rusları Pasxa bayramı münasibətilə təbrik etmişdir.
Rus icmasının sədri Aleksandr Qluxov, eləcə də Nina Pisarenko, Marina Bagirova və başqaları çıxış edərək özlərini sabirabadlı hesab etdiklərini, onlara qarşı heç bir ayrı-seçkiliyin olmadığını demiş və göstərilən diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını bildirmişlər.
Görüşdə icmanın qaldırdığı bir çox məsələlər yerindəcə həll olunmuşdur.
Axırda rus icmasının üzvlərinə maddi yardım göstərilmişdir.
Lazım
QULİYEV
Azərbaycan.- 2012.- 15 aprel.- S. 5.