Sağlamlıq
gününə həsr olunmuş görüş
Sumqayıtda ARDNŞ-nin "Azərikimya" İstehsalat Birliyinin təşkilatçılığı ilə Ümumdünya Sağlamlıq gününə həsr olunmuş tədbir keçirilmişdir.
Sumqayıtın səhiyyə təşkilatlarından dəvət olunmuş təcrübəli həkimlər - şəhərin terapiya, psixiatriya, infeksiya, nevropatologiya, onkologiya və digər sahələr üzrə baş mütəxəssislərı iştirakçıları maraqlandıran sualları cavablandırmış, bəzi xəstəliklərə qarşı həyata keçirilən profilaktik tədbirlərlə bağlı məsləhət və tövsiyələrini vermişlər.
Sumqayıt şəhər səhiyyə şöbəsinin, "Gənc Təbiblər" Şurasının, Ankara "Güvən" klinikasının Azərbaycan nümayəndəliyinin iştirakı ilə "Müasir tibb sisteminin perspektivləri" layihəsi çərçivəsində də təqdimat xarakterli daha bir neçə tədbir keçirilmişdir. Gənc və perspektivli, inkişafa meyilli həkimlər üçün nəzərdə tutulmuş bu tədbirdə Sumqayıt şəhərinin xəstəxanalarında və özəl klinikalarında çalışan 120-dən artıq tibb işçisi iştirak etmişdir.
Akif ƏLİYEV
Azərbaycan.- 2012.- 15 aprel.- S. 8.