Azərbaycan ilə Avropa İttifaqı arasında əlaqələrin inkişaf perspektivləri müzakirə olunmuşdur

 

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov aprelin 16-da Litvanın  sabiq dövlət başçısı, ölkə Seyminin keçmiş sədri, Avropa Parlamentinin üzvü Vitautas Landsbergis ilə görüşmüşdür.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, görüşdə regional və beynəlxalq məsələlər, Azərbaycan ilə Avropa İttifaqı (Aİ) arasında münasibətlər, "Şərq tərəfdaşlığı" proqramı çərçivəsində əməkdaşlıq, həmçinin Aİ ilə enerji sahəsində əməkdaşlıq məsələləri müzakirə olunmuşdur.

Tərəflər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində atılan addımlar barədə fikir mübadiləsi aparmışlar.

 

 

Azərbaycan.- 2012.- 17 aprel.- S. 5.