Gənclər və
idman naziri Azad Rəhimov “İnside
the games” beynəlxalq portalına müsahibə vermişdir
Azərbaycanın Moskvada keçirilmiş Milli Olimpiya Komitələri Assosiasiyasının (MOKA) Baş Assambleyasındakı təqdimatı mübarizə yolunda böyük dönüşə səbəb ola bilər.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, bu sözləri nazir Azad Rəhimov "İnside the games" beynəlxalq portalına verdiyi müsahibəsində demişdir.
Bildirmişdir ki, Bakının 2016-cı il Yay Olimpiya Oyunlarına ev sahibliyi etməsi istiqamətində mübarizə birinci mərhələdə uğursuz olsa da, biz bundan böyük təcrübə topladıq. Biz 2020-ci il Yay Olimpiya Oyunlarına ev sahibliyi etmək üçün konsepsiyamızı daha dəqiq hazırlamışıq. Bizim beynəlxalq tərəfdaşlarımızdan biri Pekin 2008, Vankuver 2010, Soçi 2014-cü il olimpiya oyunlarına və Rusiya 2018 FİFA Dünya Kuboku yarışlarına ev sahibliyi etməkdə mühüm xidməti olan "Helius Partners" şirkətidir.
Nazir
vurğulamışdır ki, mən Beynəlxalq
Olimpiya Komitəsi və beynəlxalq federasiya nümayəndələrindən çox müsbət rəylər
almışam. Paytaxtımız 2016-cı Yay
Olimpiya Oyunlarına namizəd olarkən
Bakının namizədliyi ciddi qəbul olunmurdu, amma indi münasibət tam fərqlidir.
Artıq dünya bizə başqa
gözlə baxır.
Azərbaycan.- 2012.- 17 aprel.- S. 5.