Səngəçalla Supsanı birləşdirən qara qızıl kəməri

 

 Bu boru xəttinin işə düşməsindən 13 il keçir

 

 Dünyada böyük neft terminalları çoxdur. Bir sıra iri terminallar da var ki, onlar yalnız qaz ixrac edirlər. Həm neft, həm qaz ixrac edən terminalların ən böyüyü isə Bakıdan 45 kilometr cənubda, Səngəçal qəsəbəsində yerləşir. Belə ki, buradan karbohidrogenləri ixrac edən bir neçə marşrut, o cümlədən Qərb İxrac Boru Kəməri (QİBK) öz başlanğıcını götürür.

Qısaca olaraq Bakı-Supsa kəməri adlandırdığımız QİBK "Əsrin müqaviləsi" çərçivəsində ilk mərhələlərdə çıxarılan nefti dünya bazarlarına çatdırmış boru xəttidir. Təqdirəlayiq haldır ki, o, indi fəaliyyətdədir "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlarından hasil olunan neftin bir hissəsini Supsayadək nəql edir.

Bakı-Supsa kəmərinin istifadəyə verilməsi AÇG-nin  tammiqyaslı işlənməsi haqqında saziş imzalandıqdan sonra qarşıda duran əsas vəzifələrdən biri idi. 1997-ci ilin noyabr ayında "Çıraq" platformasından neft alındı. 1999-cu il aprelin 17-də isə Qərb İxrac Boru Kəməri istifadəyə verildi. 13 il əvvəl QİBK ilə yanaşı, Qara dənizin sahilindəki yerüstü Supsa terminalı, eləcə Varna-Poti-Batumi-İliçovsk bərə keçidinin açılışı oldu. Bu münasibətlə Gürcüstan Respublikasında təntənəli mərasimlər keçirildi. Tədbirlərdə ümummilli lider Heydər Əliyev, Gürcüstanın Ukraynanın o vaxtkı dövlət başçıları iştirak etdilər. Ulu öndər Heydər Əliyev kəmərin açılışında çıxış edərək onun istifadəyə verilməsinin mühüm əhəmiyyətini vurğuladı: "Beləliklə, 1994-cü ildə başlanmış işlər artıq öz praktiki nəticələrini verir. Bakı-Supsa neft kəməri, burada tikilmiş gözəl terminal, müvəffəqiyyətlə işləmək nefti fasiləsiz olaraq vurmaq, onu dünya bazarlarına daşımaq üçün yaradılmış gözəl şərait buna inandırıcı sübutdur".

QİBK həqiqətən möhtəşəm kəmərdir. O, Azərbaycanın Gürcüstanın bir çox bölgələrinin ərazisindən keçir. Belə ki, kəmərin Xəzərin sahilindən başlanan yolu dağlardan, dərələrdən, çaylardan adlayaraq Qara dənizdəki Supsa limanına çatır. Boru xətti dağlarda hətta 1190 metr yüksəkliyə qalxır. Marşrutun ümumi uzunluğu 829,3 kilometrdir. Bunun da 456,38 kilometri ölkəmizdən keçir. Gürcüstanın ərazisi ilə kəmər 372,92 kilometr  boyu uzanır. QİBK-in borularının diametri 530 millimetrdir. Onun Azərbaycanda, eləcə Gürcüstanda bir sıra yerüstü obyektləri, yəni nasos təzyiqazaltma stansiyaları var.

Kəmərin ötürücülük gücü ayrı-ayrı illərdə müxtəlif olub. AÇG layihəsinin əməliyyatçısı bp şirkətinin məlumatına görə, hazırda bu marşrutla gündə orta hesabla 90 min barel neft ötürülür. Ümumilikdə isə kəmər hər gün 104 min barel nefti nəql etmək gücündədir.

QİBK-in saz vəziyyətdə olması təhlükəsiz fəaliyyət göstərməsi həmişə diqqət mərkəzindədir. 2006-cı ilin payızında boru xəttinin təmirinə ehtiyac yaranmışdı. Vəziyyət olduqca dəqiq öyrənilərək xeyli müddət təmir işləri həyata keçirildi. Nəhayət, 2008-ci ilin mayında kəmər Azərbaycanda yenidən neftlə doldurulmağa başladı. Avqustun 1-də isə Supsadakı son hissə sazlanıb qurtardı bir gün sonra kəmər işə salındı.  Lakin o dövrdə Gürcüstanda baş verən münaqişəli hadisələr kəmərin bir müddət fəaliyyətsiz dayanmasına səbəb oldu. 2008-ci il noyabrın əvvəlindən kəmərlə yenidən fasiləsz olaraq neft axmağa başladı.

Hazırda Bakı-Supsa xətti ahəngdar maneəsiz işləyir. bp Azərbaycan şirkətinin keçən ilin yekunlarına həsr olunmuş hesabatında qeyd olunur ki, il ərzində Səngəçal terminalından Bakı-Supsa kəməri marşrutu ilə 28,3 milyon barel neft ixrac edilib. ARDNŞ-nin marketinq iqtisadi əməliyyatlar idarəsinin məlumatında isə bu ilin üç ayı ərzində Supsa limanından 888 min 593 ton neftin ixrac olunduğu bildirilir. Mart ayında bu göstərici 411 min 849 ton təşkil edib.

Bu gün Azərbaycanın neft qaz ixracı ilə bağlı heç bir problemi yoxdur. Hətta ölkəmizin öz karbohidrogenlərinin dünya bazarına nəql üçün diversifikasiya imkanları getdikcə genişlənir. Bütün bunlar ümummilli lider Heydər Əliyevin 18 il əvvəl imzaladığı "Əsrin müqaviləsi"nin sonrakı dövrdə görülən məqsədyönlü, möhtəşəm işlərin nəticəsidir. Ölkə Prezidenti İlham Əliyevin dediyi kimi: "Bu gün istehlakçı ölkələr enerji resursları təchizatının şaxələndirilməsi haqqında düşünürlər. Biz bunu təmin etmişik. Bizim yeddi neft-qaz kəmərimiz var. Üçü neft kəməri, dördü qaz kəməridir. Biz istənilən istiqamətdə həm nefti, həm qazı ötürə bilərik bunu edirik. Bütün yeddi kəmər işlək vəziyyətdədir. Biz istənilən istiqamətdən istifadə edə bilərik".

Dünyanın müxtəlif nöqtələrinə uzanan bu xətlər sırasında QİBK-in öz yeri əhəmiyyəti var. Sonralar Bakı-Tbilisi-Ceyhan neft Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri kimi qlobal layihələrin reallaşacağına inamı da şübhəsiz ki, QİBK-in uğurlu tikintisi işləməsi yaratmışdı.

 

 

Flora SADIQLI

 

Azərbaycan.- 2012.- 17 aprel.- S. 8.