Azərbaycan Prezidenti İlham Əliyev
bp şirkətinin icraçı direktoru Robert Dadlini qəbul
etmişdir
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev aprelin 17-də
bp şirkətinin icraçı direktoru Robert Dadlini qəbul
etmişdir.
Görüşdə
Azərbaycan ilə bp şirkəti arasında uzun illər həyata
keçirilən uğurlu əməkdaşlıq məmnunluqla
qeyd olundu.
bp
şirkətinin icraçı direktoru Robert Dadli "Şahdəniz"
yatağının işlənilməsi layihəsinin 2-ci
fazası və icrada olan digər layihələrin gedişi
barədə Azərbaycan Prezidentinə məlumat verdi.
Görüşdə
əməkdaşlığımızın perspektivləri ətrafında
fikir mübadiləsi aparıldı.
AzərTAc
Azərbaycan.- 2012.- 18 aprel.- S. 1.