Bakıda Türkdilli Ölkələrin Əməkdaşlıq
Şurasının üzvü olan ölkələr arasında əməkdaşlığın
genişləndirilməsi məsələləri müzakirə
olunmuşdur
Aprelin 17-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə səfərdə olan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Xəlil Akıncı ilə görüşmüşdür.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, görüşdə təşkilatın əhəmiyyəti, onun üzvü olan ölkələr arasında müxtəlif sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi sahəsində birgə səylərin artırılmasının vacibliyi vurğulanmışdır.
Bundan əlavə, görüşdə cari
və növbəti illərdə təşkilatın
qarşısında duran məqsəd və
vəzifələr, habelə qarşılıqlı maraq doğuran bir sıra məsələlər barədə
fikir mübadiləsi
aparılmışdır.
Azərbaycan.- 2012.- 18 aprel.- S. 2.