Ulu öndər Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü
münasibətilə məktəblilər arasında inşa müsabiqəsinin yekun
mərhələsi keçirilmişdir
Aprelin 17-də akademik Zərifə Əliyeva adına məktəbdə ulu öndər Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü münasibətilə ümumtəhsil və ilk peşə ixtisas təhsili müəssisələrinin şagirdləri arasında inşa müsabiqəsinin yekun mərhələsi keçirilmişdir.
Müsabiqə Heydər Əliyev Fondu, Yeni Azərbaycan Partiyası, Təhsil, Rabitə və İnformasiya Texnologiyaları nazirlikləri, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının təşkilatçılığı ilə reallaşdırılır.
AzərTAc xəbər verir ki, yekun mərhələsinin açılış mərasimində çıxış edən təhsil naziri Misir Mərdanov bildirmişdir ki, hər il ümummilli lider Heydər Əliyevin doğum günü ərəfəsində keçirilən bu müsabiqədə minlərlə şagird iştirak edir. Müsabiqə üç mərhələdə (məktəb, rayon (şəhər) və respublika mərhələlərində) aparılır.
"Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın qurucusu və əbədi rəmzidir" mövzusu üzrə keçirilən müsabiqənin respublika mərhələsində 114 şagird (ümumtəhsil məktəblərinin VII-XI sinif şagirdləri) iştirak etmişdir.
Müsabiqədə I, II və III yerləri tutanlar müəyyənləşdiriləcək və mükafatlandırılacaqlar. Qaliblərin inşa yazıları kitab şəklində çap ediləcəkdir.
Mükafatlandırma mərasimi mayda "Gülüstan" sarayında olacaqdır.
Yekun mərhələsinin
açılış mərasimində Yeni
Azərbaycan Partiyası sədrinin müavini-icra
katibi, Milli Məclisin
deputatı Əli Əhmədov, təhsil işçiləri
iştirak etmişlər.
Azərbaycan.- 2012.- 18 aprel.- S. 2.