“Transxəzər qaz kəməri: qayıdış”
AzərTAc xəbər verir ki, Neftegaz.ru portalında "Transxəzər qaz kəməri: qayıdış" adlı analitik məqalə dərc edilmişdir.
Məqalədə deyilir ki, son vaxtlar Avropa və Şimali Amerika lobbiçilərinin Xəzər regionunda boru kəmərlərinə dair layihələrə münasibəti bir qədər dəyişsə də, Avropa İttifaqının (Aİ) Avropaya qaz göndərilməsinə dair Azərbaycan və Türkmənistan hökumətləri ilə danışıqlar aparmaq üçün Avropa Komissiyasına mandat vermək qərarı ilk bəhrəsini verməyə başlamışdır. Aİ hesab edir ki, Azərbaycan qazının Avropaya ixracı üçün xüsusi infrastruktur yaradılmalıdır. Qaz infrastrukturunu elə qaydaya salmaq lazımdır ki, o, qarşıya qoyulmuş məqsədlərə uyğun olsun. Mövcud qaz şəbəkələri bu tələblərə cavab vermir, çünki onlar kiçik həcmdə qaz nəqli üçün nəzərdə tutulmuşdur, bu isə nə Azərbaycan, nə də Aİ üçün sərfəlidir. Qazın nəqli üçün xüsusi infrastruktur yaratmaqdan ötrü mövcud infrastrukturun yeni qaz kəmərinin çəkilişi ilə kombinə edilməsi variantı mümkündür. Azərbaycan qazının Avropaya ixracı üçün seçilmiş infrastruktur variantı Azərbaycan qazının və bütövlükdə bu regiondan, xüsusən Türkmənistandan nəql olunan qazın həcminin genişləndirilməsi imkanına malik olmalıdır. Bundan başqa, Türkiyə ərazisində fiziki infrastrukturla bağlı aydınlıq yaranmalıdır.
Məqalə müəllifi yazır ki, görünür, Aİ öz rəsmi nümayəndələrinin, habelə Avropanın aparıcı enerji şirkətlərinin nümayəndələrinin şəxsində Türkmənistan qazının Azərbaycan ərazisi ilə tranzitinin başlanması üçün real infrastruktur zəmin yaratmağa çalışır. Özü də bütün bunlar "uzun müddət fəaliyyət göstərən etibarlı Cənub enerji dəhlizinin" yaradılması ilə əlaqələndirilir. Layihələrin həyata keçirilməsində Bakının da marağı vardır.
Müəllif, həmçinin Ukraynanın
"Transxəzər qaz kəməri"
layihəsində iştirak etməyə
hazır olduğunu bildirir.
Bununla əlaqədar olaraq
məqalədə deyilir ki,
layihədə iştirak edən tərəflər
razılığa gələrsə, Ukrayna
layihədə öz iştirakı məsələsinə
baxmağa hazırdır.
Azərbaycan.- 2012.- 18 aprel.- S. 2.