Bakıda Rəhbərlik və mülki təhsil mövzusunda seminar işə başlamışdır

 

 "Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Almaniya Federativ Respublikasının Federal Müdafiə Nazirliyi arasında 2012-ci il üçün ikitərəfli hərbi əməkdaşlıq proqramı"na uyğun olaraq aprelin 17-də Silahlı Qüvvələrin Hərbi Akademiyasında Almaniya nümayəndə heyətinin iştirakı ilə "Silahlı Qüvvələr demokratiya şəraitində" silsiləsindən "Rəhbərlik və mülki təhsil" mövzusunda seminar işə başlamışdır.

Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, iki gün davam edəcək seminarda nazirliyin müxtəlif idarə və xidmətlərindən, hərbi tədris müəssisələrindən və Silahlı Qüvvələrin qoşun növlərindən 20 nəfərədək heyət iştirak edir.

Seminarda "Qoşunlara siyasi, təşkilati rəhbərlik və Federal Silahlı Qüvvələrin tapşırıqları", "Almaniyada Silahlı Qüvvələrin hüquq və vəzifələri", "Qayda-qanun və tabeçilik", "İntizam qanunu" mövzularında müzakirələr aparılacaqdır.

 

 

Azərbaycan.- 2012.- 18 aprel.- S. 5.