Sahibkar sabaha boylanır

 

 Gəncə hər sahədə dinamik inkişaf edir, gündən-günə gözəlləşir, müasirləşir. Ötən il 470,4 milyon manatlıq ümumdaxili məhsul istehsal olunub ki, bu da əvvəlki ildəkinə nisbətən 40,1 faiz çoxdur. Ən xarakterik cəhət budur ki, şəhərdə dövlət sektoru ilə yanaşı sahibkarlıq sürətli inkişaf yolundadır, buraxılan məhsulun 58,8 faizi qeyri-dövlət bölməsinin payına düşür. Bu, ulu öndər Heydər Əliyevin yolunu uğurla davam etdirən Prezident İlham Əliyevin özəl sektorun inkişafına bəslədiyi tükənməz qayğı və diqqətin bəhrəsidir.

Bu barədə sahibkarlara qayğı və kömək məqsədilə Gəncədə keçirilən ümumşəhər yığıncağında ətraflı söhbət getdi. Toplantının mövzusu çox maraqlı idi. Sahibkarlığın inkişafı üçünkimi tədbirlər görülür? Onların fəaliyyətinə maneələr, təzyiqlər, bürokratik əngəllər yoxdur ki? Toplantıda 500-dən artıq sahibkarla yanaşı, ədliyyə və inzibati orqanların, vergi, gömrük və maliyyə təşkilatlarının rəhbərləri, digər qurumların nümayəndələri iştirak edirdi. Bəri başdan anonim anket sorğu paylandı. "Sahibkarlıq fəaliyyətində rastlaşdığınız süni maneələr, əngəllər, məruz qaldığınız təzyiq və təsirlər varmı? Aşkarda deyə bilmədiyiniz digər problemlər barədə anonim sorğu vasitəsilə öz fikirlərinizi deyə bilərsiniz. Hansı qurumlar və şəxslər tərəfindən sahibkarlıq fəaliyyətinə yersiz müdaxilələr edilir, maneçiliklər törədilir?"

Toplantını açan şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyev dedi ki, bu görüş, bir növ, yerlərdə müntəzəm surətdə keçirilən səyyar qəbulların, açıq mikrofon günlərinin davamıdır. Hər birinizi açıq söhbətə dəvət edirik. Biz sizi şəhərdə sahibkarlığın inkişafı ilə əlaqədar görülən işlərlə tanış etmək, ilk növbədə isə, əgər varsa, narahatlığınızı, narazılığınızı, eləcə də tələb və ehtiyaclarınızı, arzu və təkliflərinizi eşitmək istəyirik. İcra başçısı Nazirlər Kabinetinin yığıncağında Prezident İlham Əliyevin sahibkarlarla bağlı dediyi sözləri xatırlatdı. Dövlət başçısı demişdi ki, "Mənim sahibkarlardan tələblərim bundan ibarətdir ki, yaşadıqları bölgələrdə və fəaliyyət göstərdikləri sahələrdə yaxşı işləsinlər. Vergiləri vaxtında versinlər. Dövlət qarşısında onların heç bir borcu olmasın. İş yerləri yaratsınlar. Bizneslərini daha da genişləndirsinlər. Daha yaxşı yaşasınlar, daha zəngin olsunlar".

İclas zalının müxtəlif yerlərində mikrofonlar qoyulmuşdu. Qabaqcadan hazırlanan çıxışçıların heç bir siyahısı yox idi. Hamı sərbəst surətdə, demokratik qaydada müzakirəyə qoşula bilərdi.

Əvvəlcə şəhərdə sahibkarlığın vəziyyəti barədə ətraflı məlumat verildi. Qeyd edildi ki, hər sahədə olduğu kimi, özəl bölmənin inkişafı üzrə də dövlətin qərar və göstərişləri uğurla yerinə yetirilir. Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına son vaxtlarda müvəkkil təşkilatlar tərəfindən 11 subyektin investisiya layihəsi üçün 2,6 milyon manat həcmində güzəştli kredit verilib. Elə bu hesaba şəhərdə sahibkarlıq fəaliyyəti genişlənib, yeni istehsalemal sahələri işə salınıb, xidmət obyektləri açılıb, əhalinin məşğulluq səviyyəsi xeyli yüksəlib. İqtisadi inkişafa yaradılan münbit şərait, əsaslı kapital qoyuluşu, gündən-günə müasirləşən infrastruktur, getdikcə daha da saflaşan demokratik ab-hava Gəncənin dinamik inkişafının perspektivlərindən xəbər verir, mütəmadi surətdə çiçəklənən özəl bölməni yerlixarici adamları üçün cəlbedici bir məkana çevirir.

Toplantıda Prezident İlham Əliyevin belə bir fikri dönə-dönə vurğulandı: "Ölkəmizin inkişafı sahibkarlığın inkişafından asılıdır. Biz bu istiqaməti seçmişikbu istiqamət bizə uğurlar gətirir".

Dövlət başçısının bu dəyərli tələbinin icrası üçün sistemli işlər görülür. Son bir ildə sahibkarlığa yaradılan davamlı stabil şərait, süni maneələrin aradan qaldırılması, irəli sürülən məsələlərin vaxtında həlli adamlarını mövcud istehsal sahələrini genişləndirməyə və yenilərini yaratmağa sövq edir. "NEON" firmasında ümumi tutumu 10 min ton olan yeni müasir taxıl anbarı fəaliyyətə başlayıb. Bundan əlavə, illik istehsal gücü 10,8 min tonluq çörək zavodu inşa olunur. "İnter Pak" MMC-də meyvə şirəsi və mürəbbə istehsal etmək üçün müasir quruluşlu emal müəssisəsi tikilir.

Bu günlərdə şəhərdə Sahibkarlığa Kömək Milli Fondu ilə birgə keçirilən tədbir zamanı illik istehsal gücü 2000 ton olan quşçuluq kompleksinin, müasir toxuculuq fabrikinin kiçikorta həcmli istixana təsərrüfatının yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı oldu. Qeyd edildi ki, son səkkiz il ərzində Gəncədə 24 min yeri açılıb ki, onun da 21 miniya 88 faizi daimi yerləridir. Son bir ildə isə təqribən dörd min nəfər yeri ilə təmin olunub. Sistemli surətdə həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində özəl sektorun payı artaraq sənayedə 35,5, tikintidə 31,9, nəqliyyatda 100, ticarətdə isə 99,0 faiz təşkil edir.

Bütün bunlar barədə məmnuniyyətlə söz açan sahibkarlar yerlərdə görülən konkret işlərdən danışaraq öz arzu və təkliflərini bildirdilər. Biologiya elmləri namizədi Deputat Quliyev hamını maraqlandıran mühüm bir məsələyə toxundu. Sahibkar dedi ki, mən uzun müddət baytarlıq sahəsində işləmişəm. Masallı, Ağdaş, Yevlax və Bərdə rayonlarının baş baytarı olmuşam. Əbəs demirlər ki, "tibb həkimi insanları, baytar isə bəşəriyyəti müalicə edir". Bizim şəhərimizdə azı 300 yerdə - bazarlarda, küçələrdə, yolların kənarlarında, heç bir gigiyena şəraiti olmayan digər sahələrdə xırda və iribuynuzlu heyvanlar kəsilir, əhaliyə ət satılır. Əvvəllər hər yerdə olduğu kimi, Gəncə şəhərində də zona baytarlıq laboratoriyası fəaliyyət göstərirdi. Kəsilən hər bir heyvan mütləq qarayara, zoonoz və digər xəstəliklərə görə mikroskopik qaydada yoxlanılırdı. Bütün şəhər və rayonlarda, o cümlədən Gəncə şəhərində zoonoza qarşı mübarizə aparmaq üçün rəsmi komissiya var idi. Müntəzəm müayinələr aparılar, xəstə heyvanlar hər ayın müəyyən günlərində sanitar məntəqələrində ciddi nəzarət altında kəsilirdi. Hazırda bu mühüm başlı-başına buraxılıb. Nəzarət məsələsi tamamilə unudulub. Ona görə də təklif edirəm ki, bölgələrin hər yerində, o cümlədən Gəncə şəhərində zoonoz xəstəliklərinə qarşı mübarizə aparmaq üçün gigiyenik tələblərə uyğun kəsim məntəqələri, laboratoriyalar yaradılsın.

Bütövlükdə ölkə üzrə olduğu kimi, Gəncə şəhərində də abadlıq və quruculuğun miqyası getdikcə genişlənir. Ötən il şəhərdə iqtisadi tərəqqi, abadlıq və quruculuq sahəsində çox böyük işlər görülüb. Gəncə sosial həyatın hər sahəsində sürətlə inkişaf edir. Bu yerlərə növbəti səfəri zamanı dövlət başçısı İlham Əliyev görülən işlərə yüksək qiymət verdi.

Cari ilin planları daha genişdir. Gülüstan qəsəbəsindəki "İstiqlal" meydanının, Mirzə Şəfi Vazehin Cəfər Cabbarlının adlarını daşıyan parkların tamamilə yenidən qurulması, Əziz Əliyev prospektində 1,5 hektar sahədə təzə parkın salınması, şəhərin ən baxımlı guşəsində Məhsəti Gəncəvi adına Mədəniyyət Mərkəzinin yaradılması digər abadlıq-quruculuq işlərinin görülməsi nəzərdə tutulub.

Nizami yurdunun gənclər şəhəri elan olunması ilə əlaqədar Xatirə bağında üçmərtəbəli Gənclər sarayı inşa ediləcək. Stadion, basketbol, tennis, habelə velosiped meydançaları, həmçinin kafe, restoran 250 nəfərlik zal inşa edilərək gənclərin ixtiyarına veriləcək. Bütün bu işlərin həyata keçirilməsində hər kəs əlindən gələni etməlidir. Dövlət başçısı deyir: "Sahibkarlar müxtəlif sosial layihələrə qoşulanda, bu, mənim onlara, necə deyərlər, münasibətimi daha da yaxşılaşdırır. Mən deyə bilərəm ki, son illərdə sahibkarlar bu sahədə məsuliyyət göstərirlər sosialyönümlü layihələri icra edirlər... Mən bunu dəstəkləyirəm".

"Büllur" MMC-nin sədri Mobil İmanov dedi ki, mən bu ümumxalq işində əlimdən gələni etməyə hazıram. M.İmanov uzun illər xalça-mahud kombinatında işləyib. Ötən əsrin 90-cı illərində kombinatın fəaliyyəti dayanandan sonra sahibkarlığa başlayıb. Şüşə şüşə məmulatı satışı ilə əhaliyə xidmət edir. Alıcının sorğusuna uyğun müxtəlif ölçülü qapı pəncərələr, habelə güzgü digər məişət əşyaları üçün ətrafı cilalanan şüşələri kəsir satır.

M.İmanov dedi ki, özəl sektorun inkişafına tükənməz dövlət qayğısı bizi daha yaxşı çalışmağa ruhlandırır. Müəssisəmizin müasir tələblərə uyğun qurulması üçün üç dəfə kredit aldım. İstehsal sahəsini bir qədər genişləndirdim. Yeni dəzgah, avadanlıq gətirdim. Son vaxtlarda şəhərdə gedən coşqun abadlıq quruculuq işləri bizim fəaliyyətimizə öz müsbət təsirini göstərir. Bizim məhsullarımıza da tələbat xeyli artıb. Əhalinin bu sahədəki ehtiyacı nəzərə alınaraq təzəlikcə yeni istehsal sahəsini təşkil etmişik, müxtəlif ölçülü alkapon plastik qapı-pəncərələr düzəldirik. Çox xoşdur ki, son vaxtlarda işimizə yerli-yersiz müdaxilələr, demək olar, aradan qaldırılıb. Başımızı aşağı salıb sərbəst surətdə öz işimizlə məşğuluq. Sahibkarlığın inkişafına göstərilən qayğı köməyə görə minnətdarlığımızı bildiririk.

Nəqliyyat şəhərin qan damarıdır. Onun müntəzəm işi hamıda xoş əhval yaradır. Gəncədə bu vəzifə "Simurq" özəl müəssisəsinin üzərinə düşür. Toplantıda çıxış edən müəssisənin rəhbəri Sabit Bağırov dedi ki, biz hər zaman xidmətin daha da yaxşılaşdırılmasına, əhalinin tələb ehtiyaclarının ödənilməsinə çalışırıq. Son vaxtlarda şəhərdə aparılan yenidənqurma işləri ilə əlaqədar olaraq bizim müəssisəmizin sistemi, strukturu təzələnib. Küçələr genişlənir, abadlaşır. Əlbəttə, yaraşıqlı küçələrə onlara layiq nəqliyyat vasitələri lazımdır. Ona görə son vaxtlarda 11 ədəd "Hunday" avtobusu gətirmişik. Cənubi Koreya ilə müqavilə bağlamışıq. İlin sonuna kimi daha 60 ədəd bu cür avtobusun gətirilməsi nəzərdə tutulub. Taksilər təzələnir. İlin sonuna kimi 100 ədəd taksinin gələcəyi gözlənilir. Şəhər icra hakimiyyətinin tövsiyəsi ilə müasir nəqliyyat infrastrukturuna uyğun olaraq dayanacaqlar qurulur. Burada marşrut vaxt göstəriciləri olan elektron lövhələr quraşdırılır. Sahibkarlığa geniş meydan açıldıqca, onlara sərbəstlik verildikcə hər yerdə, hər sahədə işlər müasir qaydada qurulur. Bu, istər biz nəqliyyat işçilərinin istərsə şəhər əhalisinin qəlbindən xəbər verir.

Günümüzün reallıqlarından biri budur ki, qadınların sahibkarlığa cəlb edilməsinə xüsusi qayğı kömək göstərilir. On ildən çoxdur ki, şəhərdə "Sahibkar Qadınlar" İctimai Birliyi fəaliyyət göstərir. Təşkilatın 4 mindən çox üzvü var, onların yarıdan çoxunu gənc qızlar təşkil edir.

Toplantıda çıxış edən sahibkar Z.Ağayeva dedi ki, qadınlar arasında sahibkarlığın inkişaf etdirilməsi üçün şəhərimizdə hər şərait yaradılır. Maarifləndirmə məqsədilə xüsusi təlim kursları təşkil olunur, təcrübə mübadiləsi keçirilir, xarici ölkələrə səfərlər təşkil edilir. Biznes forumlarında, sərgilərdə, konfranslarda, qurultaylarda xarici iş adamları ilə fikir mübadiləsi aparılır. Bütün bunlara görə hər il 170 nəfərdən artıq gənc qadın sahibkarlıq fəaliyyətinə başlayır. Təkcə bir il ərzində xalçaçılıq, toxumçuluq, meyvə emalı, şirniyyat məhsullarının istehsalı sahəsində fəaliyyət göstərən 1407 qadın sahibkara 30 milyon manatadək güzəştli kredit verilib. Həmin layihənin icrası nəticəsində təqribən 500 yeni iş yerinin yaradılması gözlənilir.

Şəhərdə aparılan genişmiqyaslı abadlıq və quruculuq işləri ilə əlaqədar olaraq bir sıra yöndəmsiz köşklər, obyektlər sökülür. Əvəzində onların sahiblərinə müvafiq sahədə yerlər ayrılır, kompensasiya ödənilir.

Toplantıda belə bir fakt vurğulandı ki, son vaxtlarda obyekti sökülən 92 nəfərin tələbləri ödənilib. Belə sahibkarlardan biri də İlqar İbrahimovdur. İ.İbrahimov 20 ildən çoxdur ki, şəhərin mərkəzində - Heydər Əliyev prospekti ilə Cavad xan küçəsinin qovuşduğu yerdə foto-atelye işlədirdi. Torpaq da, bina da çoxdan özəlləşmişdi. Lakin şəhərdə aparılan abadlıq və quruculuq işləri ilə əlaqədar olaraq binanın sökülməsi məsləhət görülüb. Sahibkar deyir ki, icra başçısı Elmar Vəliyevlə görüşdüm. Çox səmimi qəbul etdi. Dedi ki, sənin bütün sənədlərin yerli-yerindədir. Orada yeni bina tikiləndə sənin həm torpağın, həm də obyektin əvəzi özünə veriləcək. Mən cənab başçıya inanıram. Əminəm ki, burada müasir bina inşa olunanda bizim obyektimiz də əvvəlki yerində fəaliyyətə başlayacaq.

Şəhərin ən nüfuzlu sahibkarlarından biri də Elçin Rüstəmovdur. 1999-cu ildə ət və ət məhsulları istehsalı ilə məşğul olan "ELBA" MMC-ni yaradıb. Sexlər tikilib, avadanlıq quraşdırılıb. Avstriyadan ən müasir texnika və texnologiya gətirilib. Ona görə də "ELBA"nın məhsulları hər yerdə bəyənilir. Hələ 2002-ci il aprel ayının 23-də "Gülüstan" sarayında təşkil olunmuş sərgidə dövlət başçısı Heydər Əliyev "ELBA"nın məhsullarına yüksək qiymət verərək demişdi ki, "əgər Azərbaycanda bu cür keyfiyyətli, müxtəlif növlü kolbasa istehsal olunursa, bununla biz xarici dövlətlərdən gələn məhsulların qarşısını ala bilərik".

Toplantıda təcrübəli sahibkar Elçin Rüstəmovun çıxışı maraqla qarşılandı. O dedi ki, ulu öndər Heydər Əliyevin yolunu uğurla davam etdirən Prezident İlham Əliyev özəl sektorun inkişafına xüsusi qayğı və diqqət göstərir. Bu, bizi daha yaxşı çalışmağa ruhlandırır. Xaricdən alınan ət məhsullarını yerli xammalla əvəz etmək məqsədilə fermer təsərrüfatı yaratdıq. Güzəştli şərtlərlə ətlik istiqamətli cins mal gətirdik. Daşkəsən rayonunda qaramalın sənaye üsulu ilə kəsim-emal fabriki tikildi. Min tonluq soyuducu kamera quraşdırıldı. Samux rayonunda quş əti istehsalı müəssisəsi yaradıldı. Bundan əlavə, Sahibkarlığa Kömək Milli Fondunun dəstəyi ilə Gədəbəy rayonunda kartofun saxlanılması, emalı və qablaşdırılması üçün Avropa standartlarına uyğun müasir quruluşlu fabrik inşa edirik. Elə həmin fabrikin yanında daha bir müəssisə - süd zavodu tikilir. "ELBA"nın fəaliyyət dairəsi getdikcə genişlənir.

E.Rüstəmov özəl sektorun inkişafına göstərilən qayğı və diqqətə görə şəhər icra hakimiyyətinə öz dərin minnətdarlığını bildirdi. Sahibkar dedi ki, bu yaxınlarda heç bir təzyiq, tələb, təmənna olmadan Kimyaçılar küçəsində ət kəsimi və emalı fabrikinin inşası üçün firmamıza 3 hektar sahə ayrılıb. İndi həmin sahədə müasir quruluşlu ət kəsimi və emalı fabriki inşa olunur. Yeni obyekt istifadəyə veriləndə azı 200 nəfər işlə təmin ediləcək. Sahibkarlar cari ildə görüləcək daha bir sıra xoş işlərdən söhbət açdılar. Onların söz-söhbətində heç bir narahatlıq, nigarançılıq duyulmurdu. Sonra anonim sorğu-anketlərə baxdıq. Heç bir şikayətə, söz-söhbətə rast gəlmədik.

Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı yerinə yetirildikcə şəhər həyatının hər sahəsi sürətlə inkişaf edir. Bu ümumi axında işgüzar adamların, sahibkarların yeri və rolu çox aydın görünür. Dövlət dəstəyini açıq-aydın hiss edən sahibkar ümidlə, inamla sabaha boylanır. Bu gün onların fəaliyyət dairəsi çox gözəldir, sabah isə daha geniş və daha əhatəli olacaq.

 

 

Əhməd İSAYEV

 

Azərbaycan.- 2012.- 18 aprel.- S. 6.