Professor Gövhər Baxşəliyevanın elmi-tədqiqat layihəsi ilin ən uğurlu layihəsi elan olunmuşdur

 

Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondu humanitarictimai elmlər sahəsində axtarış-innovasiya xarakterli "Azərbaycanın ərazi bütövlüyünü təsdiq edən orta əsrlər və yeni dövr xəritələrinin axtarılması və surətlərinin ölkəmizə gətirilməsi" elmi-tədqiqat layihəsini ilin ən uğurlu layihəsi elan etmişdir.

AzərTAc xəbər verir ki, "Hilton Baku" hotelində keçirilən mərasimdə layihənin rəhbəri - Milli Məclisin deputatı, AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru, filologiya elmləri doktoru, professor Gövhər Baxşəliyevaya Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondu tərəfindən müvafiq sertifikat təqdim olunmuşdur.

 

 

Azərbaycan.- 2012.- 18 aprel.- S. 8.