Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 19 mart tarixli 560 nömrəli fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti haqqında Əsasnamədə dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

 Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 19 mart tarixli 560 nömrəli fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, ¹ 3, maddə 239; 2008, ¹ 1, maddə 4, ¹ 3, maddə 168, ¹ 8, maddə 722, ¹ 11, maddə 970; 2009, ¹ 1, maddə 11, ¹ 4, maddə 221, ¹ 7, maddə 532, ¹ 12, maddə 983; 2010, ¹ 2, maddə 83, ¹ 3, maddə 193, ¹ 7, maddə 625; 2011, ¹ 2, maddə 85, ¹ 3, maddə 178, ¹11, maddə 994) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti haqqında Əsasnamə"də aşağıdakı dəyişikliklər edilsin:

1. 11-ci bəndin birinci yarımbəndi aşağıdakı redaksiyada verilsin:

"11. Dövlət Miqrasiya Xidmətinin aparatı və onun tabeliyində olan qurumlar, habelə Naxçıvan Muxtar Respublikasının Dövlət Miqrasiya Xidməti Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin vahid sistemini təşkil edir.".          

 2. 17-ci bənddə "müavinlərindən" sözündən sonra ", Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisindən" sözləri əlavə edilsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 18 aprel 2012-ci il

 

Azərbaycan.- 2012.- 19 aprel.- S. 2.