Azərbaycan
Respublikası Prezidentinin 2010-cu il 26 yanvar tarixli 211 nömrəli
fərmanı ilə təsdiq edilmiş “Azərbaycan
Respublikasının miqrasiya orqanlarında ali xüsusi rütbəli
vəzifələrin siyahısı”nda dəyişiklik
edilməsi haqqında
Azərbaycan Respublikası
Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 26 yanvar tarixli 211 nömrəli fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, ¹ 1, maddə 9) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının miqrasiya orqanlarında ali xüsusi rütbəli vəzifələrin siyahısı"nda "Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti rəisinin müavinləri - II dərəcəli dövlət miqrasiya xidməti müşaviri" abzasından sonra aşağıdakı məzmunda abzas əlavə edilsin:
"Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi - II dərəcəli dövlət miqrasiya xidməti müşaviri".
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
18 aprel 2012-ci il
Azərbaycan.- 2012.- 19 aprel.- S. 2.