Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 14 may tarixli 2163 nömrəli sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin strukturunda dəyişikliklər edilməsi haqqında

 

  Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

 Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 14 may tarixli 2163 nömrəli sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, ¹ 5, maddə 500; 2008, ¹11, maddə 970; 2009, ¹12, maddə 1053; 2011, ¹7, maddə 699) ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin strukturu"nda aşağıdakı dəyişikliklər edilsin:

1. 3-cü hissədə "strukturuna" sözü "sisteminə" sözü ilə əvəz edilsin.

2. 3-cü hissəyə aşağıdakı məzmunda birinci bənd əlavə edilsin:

"Naxçıvan Muxtar Respublikasının Dövlət Miqrasiya Xidməti".

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 18 aprel 2012-ci il

 

Azərbaycan.- 2012.- 19 aprel.- S. 2.