Astara Rayon Mərkəzi Xəstəxanasının yenidən qurulması ilə bağlı əlavə tədbirlər haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Astara Rayon Mərkəzi Xəstəxanasının yenidən qurulması ilə bağlı başlanmış əsaslı təmir işlərinin davam etdirilməsi, əlavə tibbi avadanlıq və inventarla təchiz olunması üçün Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə ilkin olaraq 2,0 (iki) milyon manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 18 aprel 2012-ci il

 

Azərbaycan.- 2012.- 19 aprel.- S. 2.