İ.H.Kərimova Əməkdar hüquqşünas fəxri adının verilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasının məhkəmə hakimiyyəti orqanlarında uzun müddət işlədiyinə və hakim vəzifəsini nümunəvi yerinə yetirdiyinə görə Sumqayıt Apelyasiya Məhkəməsinin sədri İkram Heydər oğlu Kərimova "Əməkdar hüquqşünas" fəxri adı verilsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 18 aprel 2012-ci il

 

Azərbaycan.- 2012.- 19 aprel.- S. 2.