Ukrayna Ali Radasının Sədri Vladimir Litvin Azərbaycana rəsmi səfərə gəlmişdir

 

 Ukrayna Ali Radasının Sədri Vladimir Litvin aprelin 18-də Azərbaycana rəsmi səfərə gəlmişdir.

AzərTAc xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov və digər rəsmi şəxslər qarşılamışlar.

V.Litvin aeroportda jurnalistlərə müsahibəsində demişdir ki, Azərbaycan ilə Ukrayna dost ölkələrdir. Bu gün münasibətlərimiz bütün sahələrdə inkişaf edir. Məqsədimiz bu əlaqələri daha da genişləndirmək və möhkəmləndirməkdir.

Səfər çərçivəsində Azərbaycanın və Ukraynanın qanunverici orqanları arasında, eləcə də iqtisadi, siyasihumanitar sahələrdə əlaqələrin inkişafına dair məsləhətləşmələr aparılacaqdır.

V.Litvin Azərbaycanın BMT Təhlükəsizlik Şurasına üzv seçilməsini yüksək qiymətləndirmiş, Kiyevin bu məsələdə rəsmi Bakını dəstəkləməsinin dostluğumuzun bariz nümunəsi olduğunu bildirmişdir.

Səfər çərçivəsində V.Litvinin Azərbaycan rəsmiləri ilə bir sıra görüşləri nəzərdə tutulmuşdur.

 

 

Azərbaycan.- 2012.- 19 aprel.- S. 2.