Eurovision-2012 mahnı müsabiqəsinin keçirildiyi günlərdə Azərbaycan polisinin qarşısında duran əsas vəzifə ictimai asayişi və əmin-amanlığı nümunəvi qorumaqdır

 

 Aprelin 18-də daxili işlər nazirinin müavini, polis general-leytenantı Oruc Zalov may ayında ölkəmizdə keçiriləcək "Eurovision-2012" mahnı müsabiqəsi ərəfəsində Azərbaycan paytaxtında ictimai təhlükəsizliyin təmini ilə bağlı görülmüş işlərlə tanış olmaqbu sahədə fikir mübadiləsi aparmaq üçün Bakıya gəlmiş Avstriya Respublikası Daxili İşlər NazirliyininVyana polisinin nümayəndələri ilə görüşmüşdür.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, qonaqları salamlayan Oruc Zalov nazirliyin əsas hüquq və vəzifələri, eləcə də əlverişli kriminogen durum, ölkəmizdə cinayətkarlıqla aparılan mübarizə, ictimai qaydanın, əmin-amanlığın etibarlı təmin edilməsi barədə ətraflı məlumat vermişdir. Qeyd olunmuşdur ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə daxili işlər, digər hüquq-mühafizə və təhlükəsizlik orqanlarının birgə səyləri  ilə ölkəmizdə sabitliyin dönməzliyi, insan və vətəndaş hüquq və azadlıqlarının qorunması təmin edilmiş, xarici investorların normal fəaliyyət göstərmələri, vətəndaşlarımızla bərabər onların da təhlükəsiz və rahat şəraitdə işləyib yaşamaları üçün hər cür şərait yaradılmışdır.

Polis general-leytenantı Oruc Zalov mahnı müsabiqəsi ilə əlaqədar hazırlıq işlərinin vəziyyəti barədə danışmış və bunun dövlət  başçısının şəxsi nəzarətində olduğunu vurğulamışdır.

Diqqətə çatdırılmışdır ki, bu möhtəşəm beynəlxalq tədbirin təşkilində Daxili İşlər Nazirliyinin də üzərinə mühüm vəzifələr düşürbu istiqamətdə xüsusi Tədbirlər Planı hazırlanaraq icra edilməkdədir. Polisin qarşısında duran əsas vəzifə isə müsabiqə ərəfəsində və dövründə paytaxtda ictimai asayişin və əmin-amanlığın nümunəvi qorunması, təhlükəsizlik baxımından digər analoji tədbirlər kimi bu beynəlxalq yarışmanın da ən yüksək səviyyədə keçirilməsini təmin etməkdir ki, həmin məqsədlə nazirliyin rəhbərliyi bütün zəruri tədbirləri görür.

Nazir müavini iki gün ərzində DİN-in Çevik Polis Alayında təşkil olunmuş  təlimlərdə iştiraklarına və müsabiqə ərəfəsi xidməti fəaliyyətin səmərəliliyinin daha da artırılması məqsədilə verdikləri təkliflər üçün qonaqlara minnətdarlığını bildirmişdir.

Ətraflı məlumata görə təşəkkürünü bildirən Avstriya Daxili İşlər Nazirliyinin idarə rəisi Aleksander Marakovits səfərlərinin məqsədinin Bakıda "Eurovision-2012" mahnı müsabiqəsi və genişmiqyaslı digər tədbirlər zamanı ictimai asayişin qorunması və təhlükəsizliyin təmini sahəsində polis əməkdaşları üçün təlimin keçirilməsi olduğunu diqqətə çatdırmış, bu istiqamətdə DİN tərəfindən bütün zəruri təşkilatı-praktiki tədbirlərin görüldüyünü, həmin nüfuzlu yarışma ərəfəsində asayiş keşikçilərinin peşəkarlığının yüksək səviyyəyə çatdığını qeyd etmişdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2012.- 19 aprel.- S. 5.